Əsas səhifə / Əsas menu / DİN / Orucunuzu soyuq su ilə açmayın
Bizi mobildən daha sürətli  izləyin

Orucunuzu soyuq su ilə açmayın

a

Prof. Dr. Murat Topbaş Ramazanın yay fəslinə təsadüf etməsi, oruclu müddətin uzanması və gün ərzində normal qidalanma forması Ramazanda tam tərs bir hal aldığını bildirb.

Qadınklubu.com-un məlumatına görə, Murat Topbaş Ramazanda qida və maye qəbulunun diqqətli nizamlanmasının vacib olduğunu bildirib:

“Bədənin susuz qalmaması lazımdır. İsti günlərdə bədən normaldan daha çox su itirir. Bədənin itirdiyi suyun da iftar və imsaq arasında kompensasiya edilməsi lazımdır.”

Çayı iftardan ən az 2 saat sonra içmək məsləhətlidir.

Yetkin bir fərdin ən az 2,5 litr maye qəbul etməsi lazım olduğunu vurğulanıb.

“İstiliyin və oruc tutma müddətinin uzun olmasına bağlı olaraq bədəndə tərlə birlikdə mineral itkisi olur. Bu da insanları gün ərzində narahat edir. Onun üçün bir qədər sudan istifadə etmək əhəmiyyətlidir. Bu zaman əlavə olaraq təzə sıxılmış meyvə suları, ayran, süd və mineral sular seçim edilə bilərsiniz”

Çayın iftardan 1-2 saat sonra qəbul edilməsi lazım olduğunu eyd edən Topbaş, həddindən artıq çay içməkdən qaçınılması lazım olduğunu ifadə edib.

Orucu açdıqdan sonra bir qədər ara verin

Professor oruclu olan zaman su qəbulunun əhəmiyyətli olduğunu ancaq soyuq su qəbuluna diqqət edilməsini bildirib. Xüsusilə ağır işlərdə çalışanların, iftarda birbaşa soyuq hətta buzlu suyla oruc açmaq istəyənlər üçün bunun faydalı olmadığını qeyd edib. Orucu açdıqdan sonra birdən-birə soyuq və buzlu su içilməsi mədə narahatlığına gətirib çıxarır.

Ramazanın daha rahat keçməsi üçün qida seçiminin də əhəmiyyətinə toxunan Topbaş, yağlı və duzlu qidaların gün ərzində susuzluğa yol açacağını, onun yerinə iftarda yüngül qidalardan istifadə edilməsini məsləhət görüb.

“Orucu açan zaman çox soyuq olmayan su və şorba yaxşı bir başlanğıc hesab etmək olar. Bunlarla oruc açıldıqdan sonra 5 və ya 10 dəqiqə ara verilməli, daha sonra digər yeməklər yeyilməlidir. İftarda sürətli yemək yeməməliyik. Bu sağlamlığa zərərdir. Qidaları yavaşca və yaxşıca çeynəyərək yeməli, həzmi asan qidalar seçim etməliyik. İmsaqda da yumurta, süd, pendir, pomidor, xiyar və göyərti kimi qidalar seçim edə bilərsiniz.”

Buna da baxın

İmsaka qalxmamaq buna səbəb olur

Whatsapp ilə Paylaşİmsaka qalxmamaq buna səbəb olur Mütəxəssislər imsaka qalxmadan tutulan orucun adamın həzmini çətinləşdirdiyini …