Əsas səhifə / Əsas menu / Sağlamlıq / Öskürək nəyin xəbərçisidir? soyuqdəymə yoxsa…
Bizi mobildən daha sürətli  izləyin

Öskürək nəyin xəbərçisidir? soyuqdəymə yoxsa…

Öskürək nəyin xəbərçisidir soyuqdəymə yoxsa

Qış aylarında uşaqdan-böyüyə hamıda rastladığımız istənilməyən rahatsızlıqdır. Bir çox hallarda soyuqdəymə nəticəsində özünü büruzə verən öskürəyə hamı bir cür çarə axtarıb müalicə etməyə çalışır. Amma unutmamalıyıq ki bu boğaz ağrısı hər zaman məhz soyuqdəymə nəticəsində meydana gəlmir. Əslində öskürək tək başına bir xəstəlik deyil. Bu vəziyyət daha çox yaşanan başqa bir narahatlığın xəbərçisi olma xüsusiyyətini daşıyır və düşünüldüyünün  əksinə yalnız ağciyər narahatlıqlarının xəbərçisi deyil. Mütəxəssislər şahid olduğumuz bu təbii refleksi quru və bəlğəmli olaraq iki növə ayırırlar. Əlbəttə ki hər iki növ öskürəyin meydana gəlməsində fərqli özünəməxsus meyarlar vardır. Mütəxəssilərin dediyinə görə quru  öskürək boğazı qıcıqlandıraraq özünü büruzə versə də,  elə də ciddi bir problemlərlər nəticəsində  meydana gəlməz. Əsl əhəmiyyətli olan öskürək zamanı meydana gələn bəlğəmdir. Bəlğəm tənəffüs yollarında iltihab olduğu mənasını verir. Bu əlbəttə ki, nəzarət altına alınması və bu mövzuda gec qalınmaması lazım olan bir vəziyyətdir. Bəlğəm içərisində bəzi zamanlarda qan görülməsi isə həm həkimin, həm də bir xəstənin istəyəcəyi ən son vəziyyətdir. Çünki bəlğəmdə qan vəziyyəti çox zaman ağciyər xərçənginin, ya da vərəmin xəbərçisidir. Buna  görə də  bəlğəmli öskürək zamanı xəstəliyə ciddi yanaşmaq, daha da ağır fəsadlara yol açmaması üçün əgər 3 həftə bu öskürək davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır. Hər xəstəlikdə olduğu kimi bu xəstəlikdə də gec həkimə müraciət etmək həyati əhəmiyyət kəsb edir.

Öskürək bu xəstəliklərin xəbərçisi ola bilər.

  • astma
  • allergiya
  • bronxit
  • soyuqdəymə
  • vərəm
  • qırtlaq xərçəngi

Öskürəyin müalicəsi necə olmalıdır?

Öskürək üçün birbaşa olaraq bu refleksin qarşısını alan siroplar mövcuddur. Ancaq xüsusilə uşaqlarda bu siropların  həkim nəzarəti ya da tövsiyəsi olmadan istifadəsi məsləhət deyil. Çünki dərmanların içərisində olan komponentlər bəzən mənfi nəticələrə gətirib çıxarır. Buna görə mütləq bir həkimə müraciət edilməsi və həkimin təklif etdiyi dərmanların istifadə edilməsi müalicənin effekti baxımından olduqca əhəmiyyətlidir.

Bu dərmanlardan əlavə xalq təbabətindən də yaralana bilərsiniz. Ancaq əlbəttə ki, bu bitkilərin təsiri də adamdan-adama fərqli nəticələr göstərə bilir. Məhz bu səbəbdən əvvəlcədən həkimlə məsləhətləşməkdə fayda vardır.

Öskürəyin bitki mənşəli müalicəsi

Bal: Təbii antibiotik olan bal öskürəyə olduqca faydalıdır. Qısa müddətdə tənəffüs yollarında meydana gələn qıcıqlanmanı aradan qaldırır. Bunun yanında xüsusilə şabalıd balı, ağciyər problemlərindən qaynaqlanan öskürəyə faydalıdır. Gündə səhər və axşam 1 şəkər qaşığı bal öskürəyin qarşısını alır.

Heyva çayı: Heyva çayı öskürəyə yaxşı gələn digər bir qida qaynağıdır. Ümumi mənada maddələr mübadiləsini sürətləndirir, eyni zamanda mədəyə və həzm sisteminə də olduqca faydalıdır. Soyuqlama nəticəsində öskürəklə birlikdə gələn bəlğəmə qarşı təsirlidir.

Nanə: Həm nanə çayı, həm də nanə buxarı öskürək müalicəsində geniş şəkildə istifadə edilməkdədir. Səhərlər və axşam yatmadan əvvəl içilən nanə  çayı, soyuq dəymədən qaynaqlanan öskürəyə yaxşı təsir göstərir. Bunun yanında təzə nanə yarpaqlarını qaynadaraq buxarını nəfəsinizlə burnunuza çəkmək öskürəyi yüngülləşdirə bilər.

Cökə: Qış aylarında soyuqlamadan qaynaqlanan öskürəklərə qarşı geniş istifadə olunan cökə, balla qarışdırılaraq da istifadə edilə bilər. Bunun yanında limon əlavə edildiyində boğazdakı qıcıqlanmanın keçməsinə də yaxşı təsir edir. Nəfəsi açan xüsusiyyəti vardır.

Toz qara istiot: bibərin bütün növləri öskürək və tənəffüs yolları üçün faydalıdır. Boğazlarda öskürəyə səbəb olan mikrobların məhv olmasına faydalıdır, tənəffüs yollarını təmizləyir, axıntını aradan qaldırar.

Yaşıl Çay: Öskürəyə qarşı ən məşhur istifadə edilən bitkilərdən biridir. Boğazdakı ağrıları azaldır, mikrobların məhv olmasına kömək edir.

Soğan: Soğan öskürəyə yaxşı gəldiyi kimi nəfəs çatışmamazlığı  problemlərinə də faydalıdır. Xüsusilə  soğan suyu bal qarışımı öskürəyə qarşı olduqca təsirlidir.

 

Buna da baxın

Üzüm yarpaqlarından hazırlanan çay

Whatsapp ilə Paylaş Yay orqanizmi təmizləmək, möhkəmləndirmək və daha sağlam etmək üçün ən yaxşı vaxtdır. …