Əsas səhifə / Əsas menu / Gözəllik / Osmanlı sultanlarının gözəllik sirləri
Bizi mobildən daha sürətli  izləyin

Osmanlı sultanlarının gözəllik sirləri

yyəOsmanlı sultanlarının gözəllik sirləri

Qadınlar hər dövrdə gözəlliklərinə çox əhəmiyyət veriblər və dövrə uyğun təbiət möcüzələri hər yaşda gənc və gözəl ola bililər. Osmanlı tibbi, minlərlə illik Hind, Roma, İslam və Ərəb mədəniyyətlərinin təcrübəsiylə yaradıldığında çox zəngin və çox qiymətli məlumatlar ehtiva etməkdədir. Buna görə, Osmanlı dövrlərində sultanların və bütün qadınların gözəllikləri üçün nələr etdiyi, hansı bitki qarışıqları istifadə etdikləri , qısaca gözəllik sirləri nələrdir baxaq.

Təbii sabun sultanların…

O dövrlərdə təmizlik çox əhəmiyyətli olduğundan sabun sektoru də çox inkişaf etmişdi. Sabun saçları sərtləşdirdiyi üçün mütləq zefir çiçəyi və əbəküməci qaynadılaraq əldə edilən konsistensiyalı su yumşaldıcı yerinə istifadə edilərdi. Yumşaldıcı olaraq istifadə bitkilərin konsistensiyalı suyu indiki saç kremlərindən çox daha təsirli və tamamilə təbbi idi.Hamam mədəniyyətində dərini ölü dəridən təmizləmək üçün kisələnərdi, amma bu şəkildə dəri tez büzülərdi. Ona görə duşdan sonra dəriyə qoyulan bitki mənşəli yağlar ilə dəri quruması önlənər və xarici təsirlərdən qorunardı.Sarayda tonlarla gül suyu istifadə edilərmiş. Bu sayədə dəri təmizlənir, nəmlənir və qırışlar açılardı. Gül qoxusunun dinclik verdiyi bilinir, ayrıca yüngül bir qoxudur. Dəridəki yaralarını və dəri xəstəliklərinin qarşısını almaq üçün istifadə edilirmiş. Bunun xaricində Osmanlı tibbində gül yağı ruh xəstəlikləri müalicəsində də istifadə edilirmiş. İbn-i Sinanın da istifadə etdiyi deyilir. Bal və gül suyu qarışdırılaraq əldə edilən gül pastası və şərbəti də həzimsizliklərın aradan qaldırılmasında istifadə edilirdi.

Bir digər gözəllik sirri isə limondur. Limonun antiseptik xüsusiyyəti vardır və şəkər ehtiva etdiyindən dərini bəsləyər, bütün yaraları yaxşılaşdırar. Ayrıca saray qadınları əl və üzlərini ağardıcı olaraq istifadə edirdilər.


Buna da baxın

Yaşınız qədər qaşıqla düyü götürün… Həyatınızı dəyişdirən prosedur

Whatsapp ilə Paylaş Neçə yaşınız varsa, o qədər qaşıq düyü götürün, üzərinə su tökün… Həyatınızın …