Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ovuclarınız qırmızıdırsa, ehtiyatlı olun!
Bizi mobildən daha sürətli  izləyin

Ovuclarınız qırmızıdırsa, ehtiyatlı olun!

Ovuclarınız qırmızıdırsa, ehtiyatlı olun!

Avuc-ici_icerikicon_18

Alimlər apardığı tədqiqatlardan belə nəticəyə gəliblər ki, insan özü hansı xəstəliyin onu gözlədiyini anlaya bilər. Sadəcə, bir qədər diqqətli olması yetərlidir.

Dırnağınızda yüngül mavilik ya da bənövşəyilik görsəniz, bu, bir ürək xəstəliyi ilə qarşı-qarşıya olduğunuza işarədir. Dırnaqlarınızın həddindən artıq qalın olması isə nəfəs alma, hətta ağciyər problemləriylə üzləşəcəyinizi göstərə bilər.

Nəfəs alıb verməyinizi sayın. Əgər dəqiqədə 15 dəfə və daha az nəfəs alıb verirsinizsə, sağlam ciyərlərə sahibsiniz . Əgər 25 dəfə nəfəs alıb verirsinizsə, o zaman sağlamlığınıza diqqət yetirməlisiniz.

Güzgüdə gözlərinizə baxın. Göz bəbəyinizin ətrafında ağ bir dairə varsa xolesterol səviyyəniz yüksək mənasını verir. Bu eyni şəkildə yaxınlaşan ürək problemlərinin də ən böyük xəbərçisidir!

Ovuclarınıza diqqətlə baxın. Əgər qırmızı və ləkəlidilərsə qaraciyərinizdə problem var. Yaxşı bir yaddaşınızın olması amneziyaya qarsılaşma riskinizin daha az olacağı mənasını verir.

Kürək üstdə yatın. Ayaqlarınız dümdüz olsun. Bir ayağınızı havaya qaldırın. Bir adamın ayağınıza ağırlıq salmasını istəyin. Əgər ayağınız yerə düşürsə, əzələlərinizdə zəiflik var.

Qollarınızı yerə paralel olaraq tam uzadın. Əllərinizə diqqət edin. Əgər əlləriniz bu mövqedə titrəyirsə, o zaman tiroit olma riskiniz çoxdur.

Yerə bir metr uzunluğunda bir xətt çəkin. Üzərində rahat gedə bilirsinizsə, bədəninizin koordinasiyası yaxşı işləyir deməkdir.

Bədən şəkliniz almaya bənzəyirsə, yəni yağlarınız belinizin ətrafında toplanırsa, ürək problemi riskiniz daha çoxdur.

Şəkər xəstəliyinin ən erkən siqnallarından biri tez-tez sidiyə getməkdir.

Nebziniz nə qədər yavaş atırsa o qədər uzun yaşayacaqsınız deməkdir. Nəbziniz 70-dən aşağıdırsa, sağlamsınız mənasını verir.

Əgər dişləriniz qanıyırsa, ürəyiniz təhlükədədir.

İşarə və üzük barmaqları eyni uzunluqda olan kəslərin infakt keçirmə riski daha çoxdur


Buna da baxın

Dişləri ağartmağın ən asan üsulu

Whatsapp ilə Paylaş Dişlərin sağlam olması ilə yanaşı, ağ görünməyi də çox önəmlidir. Gözəl gülüş …