Əsas səhifə / Manşet / Özü kiçik, faydası böyük noxuddan salat
Bizi mobildən daha sürətli  izləyin

Özü kiçik, faydası böyük noxuddan salat

no

Ləvazimatlar

  • 1 stəkan noxud
  • 3 stəkan su
  • 1 ədəd qırmızı soğan
  • Yarım stəkan yaşıl və qara zeytun
  • 2 xörək qaşığı zeytun yağı
  • 3 diş sarımsaq
  • 3 xörək qaşığı limon suyu
  • 1 çay qaşığı şəkər tozu
  • cəfəri
  • Duz
  • istiot

Hazırlanması

Noxudları bir gecə öncədən isladın. Suyunu süzdükdən sonra, 3 stəkan suda, yumşalana kimi qaynadın. Suyunu süzüb, qabıqlarını təmizləyin. İçinə halqalar şəklində doğranmış qırmızı soğan, yaşıl və qara zeytun, zeytun yağı, sarımsaq, sirkə və ya limon suyu, şəkər tozu, cəfəri, duz və istiot atın. Bütün məmulatları yaxşıca qarışdırın. 1 saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Qadinklubu.com