Əsas səhifə / Əsas menu / DİN / Özümü bağışlamaq üçün…
Bizi mobildən daha sürətli  izləyin

Özümü bağışlamaq üçün…

k

Özümü bu aralar yaxşı hiss etmirəm… Ürəyim sıxılır, darıxıram səbəbsiz yerə… Özümə belə etiraf edə bilmədiyim duyğularım yavaş-yavaş “öldürür” məni…

Hamı kimi mən də özümü günahkar hiss etmirəm… Hamı kimi mənim də bədbəxtliyimin səbəbi başqalarıdır…

Necə deyim axı, mən öz axmaqlığımın cəzasını çəkirəm? Necə deyim ki, öz günahlarımın bədəlini ödəyirəm? Necə rahat buraxım bədənimi ki, göz yaşlarım süzülməsin yanağımdan? Mən necə yaşayım bu cür üzüntülər ilə???

Hamının həyatında belə məqamlar olur… Nə yaxşı ki, bu cür zamanlar uzun çəkmir… Bu cür “boğulmalar” sizin ruhunuzu oxşayacaq bir mahnını “bağıraraq”oxumaqla keçib gedir…

Valideyn olan kəslər indi deyəcəyim metaforanı daha yaxşı anlayacaqlar… Min bir əziyyət ilə doğub-böyütdüyünüz övladınız sizi incidəndə ona necə əsəbiləşib, onu cəzalandıracağınızı xatırlayın…

Bəzilərimiz şiddət belə göstərir həmin anlarda, canının parçası olan övladına … (Biz əsla övladlarımızı döyərək tərbiyə etməməliyik!)

Əsəbiniz sakitləşəndə onu necə möhkəm qucaqlayıb, ona necə sevgi dolu baxdığınızı xatırlayın…

Əgər siz öz doğduğunuz övladınıza qarşı bu qədər həssassınızsa, bəs sizi yaradanın sizə qarşı necə qəddar ola biləcəyini düşünürsünüz?!

Necə ki, sırf tərbiyə etmək naminə övladınıza cəza verirsinizsə. (məs:əlini oda vurub yanmasın, canı acımasın deyə, onu oddan qorumaq üçün əlinə vurur və ya bağırırsınızsa) Bütün günahlardan pak olan Allah (c.c) da sırf siz daha az ”yanasınız” deyə, bu dünyada daha doğru yaşayasınız deyə, sizə kiçik ”sınaqlar” ”cəzalar” verir… və əslində yenə də, necə ki, siz böyük övladınıza tətbiq etdiyiniz cəzanı, balacaya heç vaxt tətbiq etməmisinizsə, eləcə də Mərhəməti sonsuz Allah (c.c) heç birimizə qaldıra bilməyəcəyimiz “cəzalar”verməz…

Necə ki, siz övladınızı döysəniz belə o “ay mama” deyə ağlayıb, yenə sizi köməyə çağırırsa, eləcə də siz ən bədbin anınızda belə onu köməyə çağırın… Çünki yaradanın Mərhəməti bir ananın mərhəmətindən daha çoxdur və o qoymaz ki, siz sıxıntıda qalasınız …

Həyatımız daha gözəl olsun deyə gözəl görməyi, gözəl gülməyi, gözəl düşünməyi və gözəl baxıb, danışmağı bacarmalıyıq! Çünki həyat yaşayıb,z övq almağı bacaran insanlar üçün “cənnət”, özünə zülm edənlər üçün isə əsl “cəhənnəm” deməkdir…

Özünüzə bir yaxşılıq edin-Allah belə qullarının günahlarını bağışlayırsa, siz də elə məhz bugün öz günahlarınızı və sizə əziyyət verən yaxınlarınızın günahlarını bağışlayın və gülümsəyin həyata

Psixoloq Əfsanə Rüstəmova.

Buna da baxın

Yaxşı, pis və təhlükəli valideyinlər – Məqalə

Whatsapp ilə PaylaşYaxşı, pis və təhlükəli valideyinlər – Məqalə Yaxşı valideyinlər Övladlarına mədəniyyəti, ədalətliliyi, insanpərvərliyi, …