Əsas səhifə / Manşet / Özünü tanımaq istəyirsən, elə isə bunu oxu – İNSAN TİPLƏRİ
Bizi mobildən daha sürətli  izləyin

Özünü tanımaq istəyirsən, elə isə bunu oxu – İNSAN TİPLƏRİ

http://www.dreamstime.com/stock-photography-nine-childrens-faces-different-moods-image29362482
http://www.dreamstime.com/stock-photography-nine-childrens-faces-different-moods-image29362482

Temperament – insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarının emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.

Temperament sözünün latın dilində hərfi tərcüməsi «hisslərin (qarşılıqlı) lazımi qarşılıqlı nisbəti deməkdir. Yunan həkimi Hippоkratin (V-IV əsr) yanaşmasında bildirilir ki, Temperament dedikdə insanın həm fərdi anоtоmik-fiziоlоji, həm də psiхоlоji хüsusiyyətləri nəzərdə tutmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, хоlerik, fleqmatik və melanхоlik adları ilə müasir psiхоlоgiya indi də işlənilməkdədir.

Temperament və psixi fəaliyyət

Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp (tezlik dərəcəsi), ritm, intensivlik, plastiklik, dözümlülük və s. kimi müxtəlif anlayışlardan istifadə olunur.

İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikasına görə bir-birindən fərqlənirlər. Temperament xüsusiyyətlərini düzgün xarakterizə etmək üçün biz bir mühüm cəhəti dəqiqləşdirməliyik: psixi fəaliyyətin dinamik xüsusiyyətləri çəxdur. Onlar təkcə temperamentlə deyil, həm də fəaliyyətin motivləri, insanın adətləri, psixi halətləri, situasiyanın tələbləri və s. ilə şərtlənir.

Tiplər

İnsan psixologiyasında, əhval ruhiyyəsində 4 temprament tipi mövcuddur: Sanqvinik, Xolerik, Fleqmatik, Melanxolik. [1]

Sanqvinik

Sanqvinik – Sürətlə yeriyir və tez-tez danışır,gördüyü film və oxuduğu kitab haqqında həyəcanla danışır, hər yeni bir fakta və məsələyə böyük maraq göstərir, mimikası
zəngin, mütəhərrik və ifadəlidir. Onun əhvali-ruhiyyəsini, insanlara və ya obyektlərə münasibətini elə üzündən oxumaq olar. Hissləri və əhvali-ruhiyyəsi çox deyişkəndir.

Xolerik

Tez-tez ucadan danışır, çox ifadəli sifəti olur, maraqları sabit və davamlıdır, çətinlik meydana cıxdıqda özünü itirmir ve böyük enerji ilə onu aradan qaldırmağa calışır.

Fleqmatik

Qaradinməzdir, onlari güldürmək, həyəcanlandırmaq və ya hirsləndirmək o qədər də asan deyildir, ağlayarkən üzünün ifadəsi qətiyyən dəyişmir, yalnız axan göz yaşları onun
kədərləndiyini göstərir. Hərəkətləri və yerişi ləng və astadır.

Melanxolik

Sakitdir. Əhvali çox cüzi təsirlərdə dəyişir, çox həssasdır, hərəkətləri süst, zəif, ağır-ağırdır. Usandırıcı danışır. Küsəyən və özünə qapalıdır.

Buna da baxın

Dodaq boyasının zərərləri

Whatsapp ilə Paylaş Hər gün, işə, qonaqlığa, gəzintiyə gedərkən sevə-sevə istifadə edib, gözəlliyimizə gözəllik qatan …