Əsas səhifə / Əsas menu / Pəhriz / Pəhriz gündəliyi ilə sağlam arıqlayın
Bizi mobildən daha sürətli  izləyin

Pəhriz gündəliyi ilə sağlam arıqlayın

yrPəhriz gündəliyi ilə sağlam arıqlayın

Pəhriz gündəliyi sayəsində, gün içərisində nəyi nə zaman yediyinizi, gündəlik fəaliyyətinizi və ruh vəziyyətinizi izləməyiniz mümkündür …

Yediklərinizin fərqində olun

Pəhriz gündəliyi tutarkən yalnız nə yediyinizi deyil, hansı ruh halında olduğunuzu da yazmalısınız. Beləcə hansı yemək qruplarını hansı ruh hallarında yediyinizi də tapa bilərsiniz. Məsələn regl dövrlərinizdənmi canınız daha çox şokolad çəkir yoxsa bir şeyə sıxıldığınızdamı; bunu bilirsinizmi? Əgər yediklərinizin fərqində olsanız, təkrar o ruh halına girdiyinizdə, daha ağıllıca pəhriz edə bilərsiniz. Bunu bir müalicə olaraq düşünün. Əslində hər kəs özü həkimdirr. Kimsə sizi sizdən daha yaxşı anlaya bilməz və problemlərinizə sizdən daha yaxşı bir həll tapa bilməz. Bir diyetə başlayarkən həyəcan və motivasiya, bir neçə ayın sonunda yox olmasa da olduqca azalır, çünki təbii olaraq arıqlamaq müddəti yavaşlayır və bunu niyə etdiyinizi tez-tez özünüzdən soruşursunuz.

Motivasiyanızı itirdiyiniz anda pəhriz gündəliyinizin ilk səhifələrinə nəzər salsanız, həm o günlərdəki çəkinizi görərək xoşbəxt olacaq, həm də səbəb arıqlamaq istədiyinizi yazdığınız sətirləri oxuyaraq, bunu özünüzə xatırlatmış olacaqsınız.

Pəhriz gündəliyində nələr olmalıdır?

Gündəliyin ilk səhifəsində niyə arıqlamaq istədiyinizi, neçə kilo arıqlamaq istədiyinizi, o kiloda nələr hiss etdiyinizi yazın. Sonra günün tarixini ataraq başlaya bilərsiniz. Bəs gündəliyə tam olaraq nə yazmalısınız?

– Nə yediyiniz və içdiyinizi: Spesifik olun, ən kiçik detalına qədər yazın. Bütün qaçamaqlarınız daxil hər şeyi yazmalısınız.

– Nə qədər yediyinizi: Neçə boşqab yediniz, böyüklüyü və qramı nə qədərdi, neçə ədəd idi.

– Neçə kalori aldığınız: Əgər yediklərinizin neçə kalori olduğunu bilirsinizsə, mütləq qeyd edin, bilmirsinizsə da internetdən baxmağa çalışın.

– Nə zaman yediyiniz: yediklərinizə yanına saatını də yazın. Günün hansı saatlarında daha çox yediyinizi öyrənməyiniz lazımdır.

– Harada yediyiniz: Yeməyinizi harada yediyiniz də əhəmiyyətlidir. Ən çox harada yemək yediyinizi belə tapa bilərsiniz.

– Kiminlə yediyiniz: Yalnız idinizmi yoxsa yanınızda kimsə vardı, qeyd etməyi unutmayın. Görəsən yalnız olanda daha çox yeyirsiniz, yoxsa.

– Nə etdiyiniz: Yemək yeyərkən başqa şeylər məşğul olursunuz? (Tv izləmək, qəzet oxumaq, avtomobil sürmək, kompüter başında olmaq vs.)


Buna da baxın

Diyetdə effekti 2 qat artıran çay

Whatsapp ilə Paylaş Arıqlamaq üçün  diyet saxlamaq və məşq etmək məcburiyyətində qalarıq. Ancaq hər zaman bu …