Əsas səhifə / Manşet / Pəhrizsiz arıqlamaq üçün məsləhətlər
Bizi mobildən daha sürətli  izləyin

Pəhrizsiz arıqlamaq üçün məsləhətlər

 

diyetsiz-zayiflama-yollari

Arıqlamaq üçün mütləq diyeta saxlamaq məcburiyyətində deyilsiniz. Lazımı vərdişlərə yiyələndiyiniz zaman, asanlıqla arıqlaya biləcəksiniz. Qadinklubu.com olaraq, sizə sınanmış vasitələrdən istifadə edərək, bu xəbəri hazırladıq. Tövsiyələrimizi oxuyun, əməl edin və gündən günə arıqlayın! Hazırsınızsa, pəhriz etmədən arıqlamağa başlayırıq. Əlimizdən tutun! Yanınızdayıq!

Neçə kilo olmaq istəyirsiniz?

Arıqlamaq üçün əvvəlcə özünüzə dəqiq bir hədəf seçin: neçə kilo olmaq istəyirsiniz? Bunu ’30 kilo çox var ‘tərzində ümumi bir ifadəylə deyil, ’56 kilo olmaq istəyirəm’ kimi müəyyən bir şəkildə özünüzə söyləməlisiniz. Məhz özünüzə verdiyiniz sözə görə, dözə bilməyib, yemək yemək istədiyiniz vaxt, özünüzü günahkar hiss edib,yeməkdən imtina edəcəksiniz.

Arıqlamaq üçün təbii vasitələrdən istifadə edin.

Arıqlamaq üçün təbiətin bizə təqdim etdiyi, vasitələrdən yararlanın. Məsələn, Gülnarə xanım zəncəfil və qatıq küründən istifadə edərək, şirniyyat istəyini öldürür və özünə verdiyi sözə əməl edir.

Həftədə neçə dəfə tərəziyə çıxırsınız?

Hər gün ya da gün içində bir neçə dəfə tərəziyə çıxmaq, siz fərqində olmasanız belə arıqlamağınıza mane olur. Çünki, hər insanda gündəlik kilo dəyişiklikləri olur, siz bunu hər dəfəsində ölçəsiniz, təbii ki, əhvalınız pozular. Arıqlamadığınızı düşünüb, hər şeydən əlinizi üzə bilərsiniz. Ne etməlisiniz? Həftədə yalnız 1 dəfə, o da tualetdən sonra tərəziyə çıxın, o zaman dəqiq ölçünüzlə tanış olacaqsınız.

Yeməklərinizdə ədviyyat istifadə edirsiniz?

Sizin çox vaxt piy deyə düşündüyünüz şey, əslində sadəcə qarnınızda olan şişkinlikdir. Ondan xilas olmaq isə çox asandır. Kəklik, nanə, reyhan, cəfəri, nanə kimi bitkilər, şişi aradan qaldırmağa və arıqlamağınıza kömək edən vasitələrdir. Çalışın səhər yeməkləriniz daxil olmaqla, hətda yumurta, pendir üzərinə də ədviyyat əlavə edin.

Buna da baxın

Xalların xaric edilməsi təhlükəlidir!

Whatsapp ilə Paylaş Onkoloqlar melanomanı (dəri xərçəngi) “qara kraliça” adlandırırlar. Bu xərçəng növü çox tez …