Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Salatlar / “Pələng balası”
Bizi mobildən daha sürətli  izləyin

“Pələng balası”

Pələng balası

Göndərdi: Aygün Abdullayeva

Lazım olan ərzaqlar:

  • 400 qr kartof
  • 200 qr kolbasa
  • 200 qr xiyar(təzə və ya xiyar turşusu)
  • 150 qr yaşıl soğan
  • 3 ədəd yumurta
  • 400 qr kök
  • limonlu mayonez
  • duz,
  • istiot

Bəzək üçün:

  • Qara zeytun

Hazırlanması:

  1. Kartof və kök qaynadılır, soyudulur, qabıqlardan təmizlənir
  2. Kartof kiçik rəndədən keçirilir
  3. Kolbasa küp şəklində xırda doğranır
  4. Xiyar da eyni şəkildə küp şəklində doğranır
  5. Yaşıl soğan xırda-xırda doğranır
  6. Yumurtalardan birinin ağını bəzək üçün ayırıb, digərləri rəndələnir
  7. Kök də rəndələnir
  8. Salat qabına əvvəlcə rəndələnmiş kartof qoyulur, duzlanır,istiotlanır və pələng başı forması verilir,ardından mayonezlənir
  9. Kartofun üzərinə kolbasa qoyulur və mayonezlənir
  10. Kolbasanın üzərinə xiyar qoyulur və mayonezlənir
  11. Xiyarın üzərinə yaşıl soğan qoyulur
  12. Yaşıl soğanın da üzərinə yumurta qoyulur və mayonezlənir
  13. Yumurtanın üzərindən kök qoyulur
  14. 6-7 qara zeytun xırda-xırda doğranır
  15. Ayırdığınız yumurta ağından gözlər və yanaqlar düzəldilir
  16. Qara zeytunlardan burun və kirpiklər,
  17. Xiyardan göz bəbəkləri,kolbasadan ağız düzəldilir
  18. Xırda doğranmış zeytunlardan pələngin zolaqları,yaşıl soğanın ağ yerindən isə bığlar düzəldilir

Nuş Olsun!

Buna da baxın

Qarpız salatı

Whatsapp ilə PaylaşTərkibi: 200 qr toyuq əti 4 yumurta 150 qr pendir Qara zeytun 150 …