Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Salatlar / Pərpətöyün salatı
Bizi mobildən daha sürətli  izləyin

Pərpətöyün salatı

pərtöyün salatı

Şabalıdlı pərpətöyün salatının hazırlanma qaydasını təqdim edirik:

Tərkibi:

80 q şabalıd

1 dəstə pərpətöyün

0,5 qırmızı bibər

0,5 acı istiot

0,5 pomidor

0,5 xiyar

0,5 qırmızı soğan

1 nar

5-6 yarpaq təzə nanə

sous:

1 qəhvə fincanı zeytun yağı

1 x.q. narşərab

duz

Hazırlanması:

Bıçaqla şabalıdların üzərini bir neçə yerdən çərtin, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Çıxarıb qabıqlarını təmizləyin. Xırda doğrayıb bir kasaya yığın.

Bibəri, istiotu, pomidoru, xiyarı, qırmızı soğanı, nanəni və pərpətöyünü doğrayın, narı dənələyin, şabalıdla qarışdırın. Salat qabına qoyun.

Zeytun yağı, narşərab və duzu qarışdırıb çalın, salatın üzərinə gəzdirin.

Nuş olsun!


Buna da baxın

Yumurtalı kartof salatı

Whatsapp ilə PaylaşTərkibi: 12 ədəd kiçik kartof ( 750 qr) 60 qr kərə yağı 2 …