Əsas səhifə / Əsas menu / Praktika / Paltarları güvədən qorumaq üçün 10 məsləhət
Bizi mobildən daha sürətli  izləyin

Paltarları güvədən qorumaq üçün 10 məsləhət

qis-paltari-326x159

Güvənin 30-a yaxın növü var. Onların bəziləri yun, digərləri yarmalar, un, quru meyvələri, tərəvəzləri və s. yeyir.
Burada biz paltar yeyən güvədən danışacayıq.
İnsanların əksər hissəsi elə bilir ki, paltarlarımızı uçan güvə yeyir. Bu belə deyil. Yaxından tanıdığımız güvə-kəpənək paltarlara yumurtalarını qoyur, daha sonra oradan qurdlar çıxır. Məhz bu qurdaların böyüməsi üçün qida (yəni bizim paltarlarımız) lazımdır.
Güvənin bu növü yun, xəz, təbii məxmər, tük və s. yeyir.

Paltarlarımızı güvədən necə qoruyaq?

1. Güvə (daha dəqiq desək, onun qurdları) gün şüalarını və təmiz havanı sevmir. Məhz bu səbəbdən tez-tez geyinilən paltarları güvədən qorumağa ehtiyac yoxdur. Lakin uzun müddət ərzində şkaflarda, dolablarda qalan, geyinilməyən paltarlar və s. ev əşyaları (yastıqlar, yorğanlar, döşəklər, yun xalçalar və s.) təhlükə altındadır. Bu səbəbdən belə paltarları və ev əşyaları tez-tez günə vermək, havaya çıxartmaq lazımdır.

2. Paltarları şkaflara yığmamışdan əvvəl onları mütləq yumaq və ütüləmək, mümkün olduqda isə yaxşı təmizləmək lazımdır. Güvə çirkli, tərli paltarları daha çox xoşlayır.

3. Naftalindən istifadə etməyin. Bu vasitə insan orqanizminə kanserogen (xərçəng əmələ gətirən) təsir edir. Naftalin xüsusilə uşaqlar üçün ziyanlıdır.

4. Paltarları və s. ev əşyaları güvədən qorumaq üçün xüsusi müasir güvə əleyhinə vasitələrdən istifadə edin. Bu vasitələr sağlamlığa mənfi təsir etmir və paltarları qoruyur.

5. Lavanda və şam ağacının efir yağları güvəni qovur. Bu yağlarda pambıq diskləri isladın və şkafların və dolabların künclərinə qoyun. Vaxtaşırı olaraq diskləri dəyişin.

6. Nənələrimiz güvədən qorunmaq üçün tütündən istifadə edirdi. Bu sınanmış vasitədir. Tütünü şkafların künclərinə, xəzlərə, yun paltarların, yun ev əşyaların arasına tökün.

7. Güvə ətirşah bitkisinin iyini sevmir. Əturşahın təzə yarpaqlarını paltarların arasına, şkaflara qoyun və vaxtaşırı olaraq qurumuş yarpaqları təzələri ilə əvəz edin.

8. İstiotun, sitrus meyvələrin iyi də güvəni qovur. Şkaflara quru portağal və ya limon qabıqları qoymaq, künclərə istiot tökmək olar.

9. Şkafların və dolabların qapılarını vaxtaşırı olaraq açın və bir müddət açıq vəziyyətdə saxlayın. Təmiz hava güvəni qovur.

10. Onu da nəzərə alın ki, bütün sadaladığımız vasitələr güvəni qovur, onu öldürmür. Əgər güvə artıq şkaflarınızda, dolablarınızda məskən salıbsa, tütün, lavanda, ətirşah və s. bu kimi vasitələr kömək etməyəcək. Paltarları xüsusi vasitələrlə işləmək lazımdır.//sağlamolun.az

Buna da baxın

Qripin düşməni: Bitter Şokolad

Whatsapp ilə Paylaş  Güclü bir immunitet sisteminə sahib olmağın yolu doğru qidaların doğru miqdarda istifadəsindən …