Əsas səhifə / Manşet / Pamidorla burun tıxanıqlığına son!
Bizi mobildən daha sürətli  izləyin

Pamidorla burun tıxanıqlığına son!

Burun tıxanıqlığı həyatımıza olduqca mənfi təsir edə və xüsusilə də başağrılarına səbəb ola bilər. Bəs burun tıxanıqlığını təbii yollarla necə açmaq olar?

Qadinklubu.com bu problemin aradan qaldırılmasına yardımçı ola biləcək tövsiyələri təqdim edir:

Sarımsaqlı su

Sarımsaq bir çox problemlərin həllində oluğu kimi, burun tıxanıqlığının aradan qaldırılmasında da təsirli vasitədir. Antiviral (antivirus) xüsusiyyəti olan sarımsaq tənəffüs yolu infeksiyaları səbəbilə yaşanan burun tıxanıqlığına yaxşı təsir edir.

Pomidor suyu qarışımı

Bu qarışım burun tıxanıqlığına qarşı çok effektivdir. Bir stəkan pomidor suyunu əzilmiş 2-3 diş sarımsaq, bir qaşıq limon suyu, biraz acı sous və bir çimdik duzla birlikdə qaynadın. Hazırladığınız bu qarışımı bir neçə gün ərzində gündə 2 dəfə isti halda için. Həmçinin ədviyyatlı qidalara da üstünlük verərək burnunuzun açılmasını təmin edə bilərsiniz.

Evkalipt yağı

Evkalipt yağı burun tıxanıqlığında çox təsirlidir. Evkalipt yağını bir yaylığa damladın və gündə 2-3 dəfə iyləyin. Yastığınıza da damlatsanız, siz yuxuladığınız müddətdə rahatlıqla nəfəs almanızı təmin edəcəkdir.

İsti duş

İsti duşa girərək burun tıxanıqlığınızın azalmasına yardımçı ola bilərsiniz. Bu halda buxarın təsirilə yumşalan selik asanlıqla axacaq və burun tıxanıqlığınız azalacaqdır.

Buna da baxın

Burun tıxanmasına asan və təbii çarə

Whatsapp ilə Paylaş Qış aylarının ən çox rastlanan rahatsızlıqlarından biri də burun tıxanmasıdır. Bu vəziyyət …