Əsas səhifə / Manşet / Panço tortu
Bizi mobildən daha sürətli  izləyin

Panço tortu

Bir-birindən fərqli təamların reseptlərini təqdim edən qadinklubu.com bu dəfə də fərqli görünüşlü, olduqca ləzzətli olan Panço tortunun hazırlanma qaydasını təqdim edir. Fərqlilik axtaran xanımlar üçün unikal bir seçimdir.

Tərkibi:

Bəyaz biskivit üçün.

  • 120 qr un
  • 5 qr qabartma tozu
  • 60 qr şəkər tozu
  • 2 yumurta
  • 5 qr vanil
  • 100 qr qatılaşdırılmış süd
  • Bir çimdik duz

Kakaolu biskivit üçün:

  • 100 qr un
  • 20 qr kakao
  • 5 qr qabartma tozu
  • 2 yumurta
  • 60 qr şəkər tozu
  • 5 qr vanil
  • 100 qr qatılaşdırılmış süd
  • Bir çimdik duz

Krem üçün:

  • 800 qr xama 30%-li
  • 190 qr şəkər tozu
  • 10 qr vanil
  • 100 qr qoz ləpəsi

Qlazur üçün:

  • 100 qr qara şokalad
  • 100 qr kərə yağı

Hazırlanması:

Unu qabartma tozu və duzla qarışıdırırıq. Digər qabda yumurta, şəkər tozu və vanili çırpırıq. Üzərinə qatılaşdırılmış südü əlavə edərək, bir qədər də qarışdırmağa davam edirik. Daha sonra əvvəlcədən hazırladığımız unu hissə-hissə qarışıma əlavə edərək qatı xəmir əldə edirik. Hazırladığınız xəmiri kalka sərilmiş siniyə tökərək, əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişiririk.

Eyni qayda ilə digər biskiviti də bişiririk. Yeganə fərq tünd olması üçün kakao əlavə edilməsidir. Kakaonu unla qarışdırdıqdan sonra əlavə etmək lazımdır.
Bişirilən biskivitlər soyuduqdan sonra sap və ya bıçaq vasitəsilə iki yerə bölünür. Birinci hissə qaba bir qədər krem çəkilərək üzərinə yerləşdirilir. Digər hissələr isə (1 bəyaz biskivitin, 2 də tünd biskivitin hissəsi nəzərdə tutulur) kiçik kub formada hissələrə bölünür. Qaba yerləşdirilən biskivitin üzərinə krem çəkilir. Daha sonra digər kub formada kəsilmiş hissələr çəngəl vasitəsilə kremə vurularaq, biskivitin üzərinə sıra ilə düzülür. Birinci sıra tamamlandıqdan sonra üzərinə qoz ləpəsi səpilir. Daha sonra digər təbəqəni də eyni qayda ilə düzüməyə davam edirik. Biskivitlər təpə formasında düzülür. Hamısı bitdikdən sonra qalan kremi də üzərinə və kənarlarına çəkirik. Üzərinə isə qaşıq vasitəsilə qlazuru gəzdiririk.

Kremin hazırlanması:

Xamaya vanil və şəkər tozu əlavə edərək qarışdırırıq.Krem hazırdır.

Qlazurun hazırlanması:

Su hamamında şokaladı və kərə yağını əriyənə qədər qarışdırırıq. Bir qədər qatılaşdıqdan sonra götürürük.

100qr 376 kkal

Nuş Olsun!

Buna da baxın

Klassik Cheesecake resepti

Whatsapp ilə PaylaşTərkibi: 250 qr adi peçenye 80 qr kərə yağı Krem üçün: 1 kq …