Əsas səhifə / Manşet / Panik atak keçirənlər 10 dəqiqə ölümü yaşayır
Bizi mobildən daha sürətli  izləyin

Panik atak keçirənlər 10 dəqiqə ölümü yaşayır

Panik atak keçirənlər 10 dəqiqə ölümü yaşayır

Panik atak keçirənlər 10 dəqiqə ölümü yaşayır

Son vaxtlarda hərkəs panik atak yaşayır. Xəstəlik getdikcə artır. Mütəxəssislərin fikrincə panika 10 dəqiqədə pik nöqtəyə çatır və xəstə panika müdəttinin saatarla davam etdiyini və sonda öləcəyini düşünür

Gərgin sıxıntı və ya qorxu hissləri ilə başlayan panik atak, insanların ən böyük sağlamlıq problemlərindən biridir. Duyğu və düşüncələr bir-birini yorur və panika başlayır. Bəzi insanlar panikanın yaratdığı ağrının, əməliyyat və xərçəng xəstəliyi ağrılarından daha çətin olduğunu deyirlər. Mərkəzimizin psixiatrları panik atak haqqında ən çox soruşulan sualları sizin üçün cavablandırdılar.

 Atak anidən başlayır!

Panik atak xəstəlikdir yoxsa xəyalda yaradılmış təsəvvür?

Panik atak psixiatrik pozğunluqlardan olub, narahatlıq pozğunluqlarına aid olan xəstəlikdir. Hazırki dövrdə xəstəliyin görülmə sıxlığı getdikcə artır. Bir əsrdən çoxdur ki, xəstəliyin tam səbəblərini tapmaq üçün araşdırmalar davam edir.

Panik atak başqa psixi xəstəliklərlə oxşardırmı?

Panik atak anidən başlayan və fasilələrlə təkrarlanan, insanı dəhşət içinə salan gərgin sıxıntı və ya qorxu xəstəliyidir. Atak birdən başlayır, 10 dəqiqəyə və ya daha qısa müddətdə pik nöqtəsinə çatır. Buna baxmayaraq bu xəstəlikdən əziyyət çəkən insanlar bu müddətin “saatlarla” davam etdiyini qeyd edirlər. Əksər vaxtlarda bu duyğuya, bir təhlükənin yaxınlaşdığı, pis bir hadisələrin olacağı duyğusu və qaçmaq istəyi də qoşulur. Xəstələr çox vaxt bu müddətləri “krizis” adlandırır.

Panik atak çarəsizlik yaradır

Panik atak yaşayan xəstələr nə hiss edir?

Xəstələr əksər hallarda qorxularını dilə gətirirlər. “Öləcəyimi hiss etdim”, “Özümü idarə edə bilmirdim”, “Ürək krizi və ya iflic keçirdiyimi düşündüm” kimi şikayətlər bir çox xəstə tərəfindən dilə gətirilir. Bütün bu əlamətlər insanda narahatlıq, gərginlik, əsəbilik və çarəsizlik kimi duyğuların yaşanmasına səbəb olur.

Demək olar ki, hər kəsin həyatında panikaya düşdüyü və həyəcanlandığı anlar olur. Bəs bunun xəstəlik olması ilə bağlı həyəcan təbili nə vaxt çalınmalıdır?

Narahatlıq hər insan tərəfindən yaşanan bir duyğudur və həyatın davam etməsində mühüm bir rol oynayır. Müəyyən bir hədd çərçivəsində son dərəcə sağlam bir duyğu olan narahatlıq insanın həyatına, əlaqələrinə və onun funksionallığına mənfi təsir edirsə bu vəziyyət həmin nsanda panik atağın olmasına işarə edir.

MediStyle Psixonevroloji Sağlamlıq Mərkəzi