Bizi mobildən daha sürətli  izləyin

Pankek

Pankek

Tərkibi:

-3 ədəd yumurta
-2 stəkan un
-1 stəkan süd
-3 x/q şəkər tozu
-1 ç/q soda
-duz

Hazırlanması:

1. İnqredientlər hazırlanır.

pancake-1

2. Yumurtanın ağı sarısından ayrılır.

pancake-2

3. Yumurtanın ağına şəkər tozu əlavə edilib mikserlə çoxlu qarışdırılır.

pancake-3

4. Yumurtanın ağı şişib qatılaşana kimi mikserlə qarışdırılır.

pancake-4

5. Yumurtanın sarısına süd əlavə olunub mikserlə 3 dəqiqə qarışdırılır.

pancake-5

pancake-6

6. Alınmış kütlələr bir-birinə qarışdırılır (silikon qaşığın köməyi ilə).

pancake-7

7. Hazırlanan kütləyə un, soda, biraz duz əlavə olunub un həll olunana kimi asta-asta qarışdırılır.

pancake-8

pancake-9

8. Pankek (ing. “pancake”) bişirmək üçün teflon tavadan istifadə olunur (yapışmaması üçün). Tava qızdırılır. Qaşıqla kütlədən isinmiş tavaya qoyulur.

pancake-10

9. Hər iki tərəfi yaxşı qızardılır.

pancake-11

10. Pankek hazır olduqda soyuması üçün pergament kağızı və ya salfetin üzərinə qoyulur. Süfrəyə şokolad yağı, bal, mürəbbə ilə verilir.

pancake-13

pancake-12

Nuş olsun!

Buna da baxın

İsti şokalad qışın ən ləziz içkisi

Whatsapp ilə Paylaş Qış fəslində ən dadlı içkilərdən biridir isti şokalad. Soyuq havalarda isti şokalad, …