Əsas səhifə / Əsas menu / Gözəllik / Parlaq saçlar
Bizi mobildən daha sürətli  izləyin

Parlaq saçlar

parlaq saclarParlaq saçlar.
Əziz xanımlar, saçlarınızın parlaq görünməsini istəyirsinizmi? Onlara 14 dəqiqə vaxt ayırmanız kifayətdir.

Yumaq üçün – 2 dəqiqə 
Şampununuzu saçlarınızın növünə görə seçməyə diqqət yetirin. Xüsusi parlaqlıq verən tərkibdə olan şampunları seçə bilərsiniz. Saçınızı şampunladıqdan sonra soyuq suyla yaxşıca durulayın. Duruladığınız suya bir qədər sirkə əlavə edin, ya da bu əməliyyat üçün xüsusi olaraq satılan durulama sirkələrindən tətbiq edin.

Nəmləndirmə – 3 dəqiqə
Şampunla yuduqdan sonra saçlarınıza nəmləndirici bir balzam tətbiq edin. Balzamı saçlarınızın kökündən uclarına qədər barmaqlarınızın ucuyla masaj edərək yaymanız sizi istədiyiniz parlaqlığa bir addım daha yaxınlaşdıracaq.

İsti və soyuq qurutma – 4 dəqiqə

Yuduqdan sonra saçlarınızı əvvəl isti fenlə qurudun. Bir sonrakı mərhələdə isə saçlarınızı tərs istiqamətə çevirərək bir tərəfdən də soyuq fen verin. Bu isti-soyuq hava axını, fərqli rəngdəki saçların həm formalarını qorumalarını, həm də bir az daha parlamalarını təmin edər.

Yaxşıca daramaq üçün – 2 dəqiqə

Gün ərzində məruz qaldığınız toz, çirkli hava kimi faktorlardan xilas olmanın ən yaxşı yolu yatmadan əvvəl saçlarımızı daramaqdır. Əvvəl uclardan başlayın, sonra yavaşca qarışmış bölgələrə doğru irəliləyin. Sərt davransanız, saçlarınızın toxuması qırılıb zərər görər. Bu da parlamasına mane olar.

Boyamaq üçün – 3 dəqiqə

Saçlarınızın hər nöqtəsinin parlamasınımı istəyirsinizmi? Elə isə parlaqlığa zəmanət verən fərqli rənglərin birləşməsindən ibarət olan pigmentlerlə zəngin boyalara müraciət edin. Öz dəri rənginizə ən yaxın olan bir rəngi seçin. Məhsulun təlimatlarına uyğun olaraq tətbiq edin, 3 ya da 4 dəqiqə saçınızda saxlayın. Ancaq bunu lazım olandan çox istifadə etməməyə diqqət yetirin. Çünki süni pigmentler mütləq saç toxumasına zərər verəcək.

Buna da baxın

Yaşlı göstərən saç boyaları

Whatsapp ilə PaylaşYaşlı göstərən saç boyaları Daimi olaraq eyni geyim, eyni tərz, gündəlik təkrarlanan işlər …