Əsas səhifə / Əsas menu / Gözəllik / Parlaq saçlara nail olmağın yolları – Xanımlara məsləhət!
Bizi mobildən daha sürətli  izləyin

Parlaq saçlara nail olmağın yolları – Xanımlara məsləhət!

o

Qadınların bir çoxu uzun saçlarından imtina etmək istəmir. Lakin söhbət taqətdən düşmüş saçlardan gedirsə bu zaman vəziyyət fərqlidir. Yay fəslindən sonra görəcəyiniz ilk iş qırılmış, taqətdən düşmüş, solmuş saç uclarından azad olmaqdır.

Yay uzunu günəşin zərərli işıqlarına məruz qalan saçlarınızı keratinin köməyi ilə yenidən gücləndirin. Həftədə bir gün, nizamlı olaraq saça qulluq müalicələri və ya maskaları tətbiq etsəniz yaxşı nəticələr əldə edəcəksiniz.

Hər bir qadın parlaq saçlar xəyal edir. Buna qovuşmağın yolu ilə bol su içməkdir. İşıltılı saçlara nail olmaq istəyirsinizsə bol su için. Sağlam qidalanmaq üçün meyvə ehtiyaclarınızı ödəməyə də laqeyd yanaşmayın. Unutmayın ki, qidalanmağınız saçlarınıza da təsir edəcəkdir.

Saç kremləri və saça qulluq yağlarından da istifadə edin. Xüsusən də əgər saçlarınız boyalıdırsa hər yuduqdan sonra saça qulluq kremindən istifadə edin.
Qış aylarında isə saçları tez-tez yumaq onların qurumasına səbəb olur. Soyuq havalarda hər gün saç yumaqdansa üç gündən bir yuyun. Çox isti su ilə yumaq saç diblərinə zərər verdiyi üçün saçları ilıq su ilə yumaq məsləhətdir.

Buna da baxın

Yeni il axşamı üçün 7 ən yaxşı saç modeli

Whatsapp ilə Paylaş Yeni ilin yaxınlaşan zaman qadınları təlaş bürüyür. Çünki hər xanım saçı, makiyajı, …