Əsas səhifə / Əsas menu / Praktika / Pas ləkəsinin təmizlənməsi
Bizi mobildən daha sürətli  izləyin

Pas ləkəsinin təmizlənməsi

11756454_455777077937847_1328120616_n

Pas ləkəsinin təmizlənməsi

Evinizdə tez-tez rastlaşdığınız narahat edici hallardan biri də əşyaların pas atmasıdır. Reklam olunan kimyəvi məhsullarla sürt ki, sürtəsən. Amma yenə heç bir nəticəsi yoxdur.

“Bəs nə edək?”, – deyə düşünməkdənsə, bu üsulu sınaqdan keçirin.

Soğan və şəkər pudrasını yeməyin içində düşünmək çətin və ürək bulandırıcıdır. Ancaq indi deyəcəyimiz yemək resepti deyil, evdə yararlana biləcəyiniz təmizlik üsuludur. Xüsusən də, çəngəl, qaşıq, bıçaqlarda yaranan pas ləkələri hər qadını boğaza yığıb. Bundan xilas olmaq üçün isə sizə həm şirin, həm acı bir üsul təqdim edirik.
Bir soğanı ikiyə bölün və üzərinə şəkər pudrası əlavə edin. Sonra bu şəkərli soğanla pas atmış əşyalarınızı sürtün. Ləkələrin getdiyini görəcəksiniz. Paslanmış bütün əşyalarınız üçün bu üsuldan istifadə edə bilərsiniz.

Buna da baxın

Geyimlərdəki ləkələri necə təmizləyək?

Whatsapp ilə Paylaş  Böyük məbləğdə pul verib aldığınız geyimlərinizin ömrünü uzatmaq istəyirsinizsə, diqqətiniz bu yazıda …