Əsas səhifə / Manşet / Payızla birlikdə ayaq qoxularınızla da sağollaşın
Bizi mobildən daha sürətli  izləyin

Payızla birlikdə ayaq qoxularınızla da sağollaşın

1374254476_654
Ayaq qoxusu insanın özünə və ətrafındakılara çox böyük narahatçılıq verən dözülməz problemdir. Əgər sizində belə bir probleminiz varsa, bu xəbəri oxuyun.

 

Qadinklubu.com pis ayaq qoxusunu aradan qaldırmağın təbii yollarını təqdim edir.

Soda: Soda, ayaqlarınızın tərləməsi və tər iy verməsinin qarşısını almaq üçün ən təsirli üsullardan biridir. Soda, PH tarazlığını təmin edir, ayaqları quru tutaraq bakteriyaların çoxalmasını qarşısını alır. Ayaqqabılarınızı içinə karbonat səpməyiniz kifayətdir.

Sirkə: Sirkə, mətbəxlərdə, saç dərisi qaşıntısı, parlaq saçlar üçün olduğu qədər, ayaq qoxusunun aradan qaldırılmasında da faydalıdır. Ayaq qoxusunu yox etmək üçün ilıq suyun içinə bir miqdar alma və ya üzüm sirkəsi tökün. Ayaqlarınızı 15 dəqiqə müddətində suyun içində gözlədin.

Limon: Yarım limon ilə ayaqlarınızı ovun. Həm ayaq qoxunuz gedəcək, həm də ayaqlarınız üzərində olan ölü dərilər yox olacaq.

Qara çay: Qara çayın tərkibində əhəmiyyətli antibakterial maddə olan tannik turşusu vardır. Dəmlədiyiniz çayın içində ayaqlarınızı 30 dəqiqə boyunca gözlədin. Bunu həftədə 3 dəfə təkrar edərək, ayaq qoxularınızdan xilas ola bilərsiniz.

Buna da baxın

Sadəcə 3 dəfə istifadədən sonra…

Whatsapp ilə Paylaş Dəridəki məsamələrin boşluğu qara nöqtələrin meydana gəlməsinə səbəb olur ki, bu da …