Əsas səhifə / Manşet / Paytaxt keksi
Bizi mobildən daha sürətli  izləyin

Paytaxt keksi

Tərkibi:

  • 300 qr un
  • 210 qr şəkər tozu
  • 175 qr yumurta (qabığı olmadan və ya 4 ədəd)
  • 220 qr kərə yağı
  • 220 qr kişmiş
  • 1 qr duz
  • 10 qr vanil
  • 5 qr qabartma tozu
  • 10 qr şəkər pudrası

Hazırlanması:

Yumurtaları çalırıq. Un duz və qabartma tozu ilə qarışdırılır.Otaq temperaturunda yumşalmış kərə yağına vanil və şəkər tozu əlavə edərək, bir maddə halına gələnə qədər qarışdırırıq. Daha sonra öncədən çalınmış yumurtanı üç dəfə az miqdarda əlavə edərək, şəkər tozu tam həll olunana kimi qarışdırırıq. Daha sonra unu və kişmişi əlavə edərək qarışdırırıq. Əldə olunan xəmiri keks qabına kalka üzərinə yayaraq, mərkəz hissədən bıçaq vasitəsilə kəsirik. 160 dərəcə isidilmiş sobada 80-90 dəqiqə bişiririk. Sobadan çıxarandan sonra 15 dəqiqə soyumasını gözləyin. Daha sonra keksi qabdan çıxaraq üzərinə şəkər pudrası səpin.
Nuş olsun!

Buna da baxın

Mimoza tortu

Whatsapp ilə PaylaşTərkibi: (Eyni miqdarda ərzaqla 2 biskvit hazırlayın) 4 yumurta 125 qr un 125 …