Əsas səhifə / Manşet / Pendir vərdiş yaradır
Bizi mobildən daha sürətli  izləyin

Pendir vərdiş yaradır

mt_tam_cheese_large

Aparılan araşdırmalar zamanı süfrələrimizdən əskik olmayan pendirin qəribə özəlliyi ortaya çıxıb.

Qadinklubu.com həmin özəlliyin nə olduğunu açıqlayır.

Hər səhər yeməyində olmadıqda əskikliyini hiss edir, başqa vaxtlarda ürəyiniz pendir istəyir, həftə sonu yeməklərdə də istifadə edirsinizsə  bunun bir açıqlaması var.

Adi zamanlarda “ürəyim pendir istəyir” hissini elm adamları belə açıqlayır ki, pendirin vərdiş yaratma özəlliyi var. ABŞ Miçiqan Universitetində 500 iştirakçı ilə aparılan araşdırmada məlub olub ki, pendir narkotik kimi vərdiş yaradır. Alimlərin araşdırmalar nəticəsində pendirdə olan kazein kimyəvi maddəsinin  reseptorları qıcıqlandırdığı məlub olub. Araşdırmaçılar dünyada ən çox bağımlılıq yaradan yeməklərdən biri olan pizzanın özəlliyini də tərkibində olan pendirə görə olduğunu qeyd edir.

Araşdırmada imzası olan adlardan biri olan Erica Schulte kökəlmənin adətən yemək probleminə görə olduğu qəbul edilsə də, bunun yemək yemə vərdişindən olduğunu ortaya deyir.

Araşdırmaçılar kazeinin süddə az miqdarda olduğunu ancaq 1 kq pendir istehsal etmək üçün 10 litr süd lazım olduğunu, elə buna görə də pendirin yüksək miqdarda kazein olduğunu bildirir.

Bir insanın ildə ortalama 35 kq pendir yediyinə diqqəti çəkən mütəxəssislər bunun da bağımlılıqdan olduğunu deyib.

Buna da baxın

Qanınızı təmizləyən cövhər

Whatsapp ilə Paylaş Damarların və qanın təmizlənməsi sağlamlıq üçün ən əsas şərtlərdən biridir. Nəzərə almaq …