Əsas səhifə / Manşet / Pendiri necə saxlamalı…
Bizi mobildən daha sürətli  izləyin

Pendiri necə saxlamalı…

Pendiri necə saxlamalı

Pendiri necə saxlamalı…

Pendir ən çox istifadə olunan ərzaqlardan olsada bu qidanı aldıqdan sonra ilk günki keyfiyyətində qoruyub saxlamaq o qədər də asan deyil. Mağazada uzun müddət öz keyfiyyətini qoruyub saxlayan pendir niyə soyuducumuza gəldikdən sonra üç gün ərzində artıq küfləməyə başlayır? Pendiri saxlamağın qaydalarını bilsək aldığımız məhsulun daha uzun müddətli soyuducumuzda qala bilməsinə nail ola bilərik.

Bunun üçün sadalanan qaydalara riayət etmək kifayətdir.

1. Əgər alacağınız pendir qablaşdırılmadadırsa mütləq qabın və ya üzlüyün açıq olub-olmamasına diqqət edin. Əgər hər hansısa açıq sahə varsa bu məhsulun təzə olmasına daha doğrusu qida kimi yararlı olmasında şübhə var deməkdir. Həmin məhsulu almayın.
2. Pendir alındıqdan sonra soyuducunun qapaq hissəsində və ya qapıya yaxın hissələrdə saxlanmamasında xeyir vardır. Çünki pendir hava ilə təmas edərsə daha tez küflənər-xarab olar.
3. Qablaşdırmada olmayan pendirləri duzlu suyun içində ağzı bağlı (hava keçirməyən) qabda saxlamaq lazımdır.
4. Qablaşdırmada olan pendirləri isə möhkəm salafaanla sarıdıqdan sonra 3-4 gün ərzində istifadə edilməsi məsləhətdir.
5. Əgər aldığınız pendir plastik qablaşdırılmadadırsa onu mütləq orijinal qabından çıxarın. Çünki plastik qablar qidalara zərərlidir.
6. Əgər pendirin üzərində küf əmələ gəlibsə həmin hissəni kəsib atdıqdan sonra pendirdən istifadə etmək sağlığa ziyanlı deyil.
7. Balıq, göbələk bu kimi zəhərlənmə təhlükəsi yüksək olan qidaları yeməməzdən əvvəl bir dilim pedir qəbul edilməsi zəhərlənmənin təsirini azaldar və ya qarşısını alar

Buna da baxın

Uşaqlarınızı xərçəngdən qoruyun. Necə?

Whatsapp ilə Paylaş Xərçəng xəstəliyi bütün dünyanın qorxulu yuxusudur. Prof. Dr. Erkan Topuz’un verdiyi  məlumata görə, …