Əsas səhifə / Manşet / Pendirli çörək – RESEPT
Bizi mobildən daha sürətli  izləyin

Pendirli çörək – RESEPT

pendd

Ləvazimatlar

4 stəkan su

1 paket maya

50  qr çərkəz pendiri

50 qr ağ pendir

1 yumurta

2 xörək qaşığı qatıq

1 qədər rozmarin

zeytun yağı

duz

su

cor

Üzəri üçün

Çörək otu

küncüt

 Hazırlanması

Unu qaba tökürük. Duzu və mayanı əlavə edirik. Rozmarin yarpaqlarını doğrayıb əlavə edirik. Üzərinə çərkəz pendirini rəndələyib tökürük. Ortasını hovuz kimi açıb,  ağ pendiri və qatığı əlavə edirik. Yumurtanı da əlavə edib, ilıq su qatırıq. Bir qədər zeytun yağı əlavə edib, yoğururuq. Yumşaq bir xəmir əldə edirik.

Xəmiri 9 kündəyə bölürük, yumrulayırıq. Birinin üzərinə un səpib oxlovla yayırıq. Xəmiri rulon şəklində sarıyırıq. aaaYağlı kağız sərilmiş qabın ortasına bu xəmiri dik olaraq qoyuruq. Digər xəmirləri də yumrulayıb, qabdakı  xəmirin ətrafına çiçək kimi düzürük. Üzərinə yumurta sarısı ilə zeytun yağını qarışdırıb çəkirik. Küncüt və çörək otu səpirik. Xəmirin qabda mayalanmasını gözləyirik. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada bişiririk.

 

Qadinklubu.com

 

Buna da baxın

Uşaqlarınızı xərçəngdən qoruyun. Necə?

Whatsapp ilə Paylaş Xərçəng xəstəliyi bütün dünyanın qorxulu yuxusudur. Prof. Dr. Erkan Topuz’un verdiyi  məlumata görə, …