Əsas səhifə / Manşet / Pendirli Omlet
Bizi mobildən daha sürətli  izləyin

Pendirli Omlet

 

Pendirli Omlet

Bu gün səhər yeməyinə nə bişirim deyə fikirləşirsinizsə, pendirli omlet bişirin. Bu asan hazırlanan yemək üçün cəmi üç əsas ərsaq lazımdır – yumurta, yağ ve pendir. Nuş olsun!

Tərkibi:

  • 2 ədəd iri yumurta
  • 1 çay qaşığı su
  • 1 xörək qaşığı kərə yağı
  • Duz
  • İstiot
  • 2 xörək qaşığı sürtgəcdən keçirilmiş Kaşar pendiri və ya Mozzarella pendiri
  • Xırda doğranmış cəfəri

Hazırlanma Qaydası:

Yumurtaları orta ölçülü kasanın içinə qırın. Su və zövqə görə duz əlavə edib çəngəllə bir necə dəqiqə ərzində qarışanadək çırpın. Orta ölçüdə olan bir tavanı orta istilikdə (yüksək olsa sonradan əlavə edəcəyiniz yağ yanar) qızdırın. Tava qızan kimi kərə yağını buraya əlavə edib, əridin.

Yağ əriyən kimi, yumurtalı kütləni tavaya tökün. Təxminən 5 dəqiqə ərzində, və yaxud omletin altı özünü tutub yüngülvari qızarana qədər bişirin.

Omletin üstü bir qədər yumuşaq qalıb və çox bərkiməmişkən, buraya pendiri sərpişdirib, spatula vasitəsiylə omleti ikiyə qatlayıb, qaba sürüşdürün. Pendir isti omletin arasında əriyəcək. Omletin üstünə zövqə görə istiot və çəfəri səpib süfrəyə verin.

 

Qeyd: Bu resept 1 nəfər üçündür.

Buna da baxın

Kalsium ehtiyacını ödəyən qidalar

Whatsapp ilə Paylaş Hamımız güclü sümüklər və dişlər üçün, yaşımıza görə müəyyən nisbətlərdə kalsium almağımızın …