Əsas səhifə / Manşet / Pendirli toyuq kotleti resepti
Bizi mobildən daha sürətli  izləyin

Pendirli toyuq kotleti resepti

 

Pendirli Toyuq Kotleti

Tərkibi:

1 kilo çəkilmiş toyuq əti (hinduşka əti də ola bilər)
2 diş əzilmiş sarımsaq
Duz-istiot
100 qram pendir (Holland, Mozzarella və yaxud bunlara bənzər hər hansı pendir. Mən bəzən bir neçə pendirin qarışığından istifadə edirəm)
60 qram kəyə yağı – otaq hərarətində bir qədər yumuşaldılmış
Bir çay qaşığı doğranmış şüyüd (şüyüd yoxdursa, cəfəri ola bilər)
Qızartmaq üçün duru yağ (mən zeytun yağından istifadə edirəm)
Ağ çörək ovuntusu və yaxud un

Hazırlanması:

Çəkilmiş toyuq və yaxud hinduşka ətinə sarımsaq, duz və istot əlavə edib, yaxşıca qarışdırın və kənara qoyun.
Kotletlərin içliyini hazırlayın. Bunun üçün pendiri sürtgəcdən keçirib yağ və göyərtiylə qarışdırın. Alınan kütləni qoz boyda hissələrə ayırıb, uzunsov forma verin. Sonra bir qaba düzüb buzluqda 5-10 dəqiqə saxlayın ki, bir az bərkisinlər.
Toyuq farşını kiçik hissələrə bölün. Hər hissəni yumrulayıb əlinizlə yastıladın. Ortasına yağlı-pendirli içlikdən qoyub, kotlet forması verin. Kotletin “divarları” kip olmalıdır ki, bişəndə içlik əriyib tavaya tökülməsin.
Tavada 3-4 qaşıq duru yağ qızdırın. Kotletləri çörək ovuntusunda gəzdirib hər iki tərəfini qızardın. Od orta hərarətli olmalıdır ki, kotlet yanmasın və hər tərəfi eyni bişsin.
Kotletin hər iki tərəfi qızardığında əgər kotletin içi hələ də bişməyibsə, tavaya bir-iki xörək qaşığı su əlavə edib, qapağını bağlayın və bir az da bişirin. Kotletlər yumuşaq və hər tərəfi bişmiş olacaq.
Kotletləri tavadan çıxardıb dərhal süfrəyə verin.

Nuş olsun!

Buna da baxın

Tərəvəzli toyuq resepti

Whatsapp ilə PaylaşTərkibi: 1 ədəd kartof 1 su stəkanı noxud (konservləşdirilmişdirsə, yuyub suyunu süzmək kifayətdir) …