Bizi mobildən daha sürətli  izləyin

Piano Keksi

maxresdefault

Piano Keksi

Tərkibi:

Keks üçün:
-Yumurta- 2 ədəd
-Şəkər tozu – yarım stəkan
-Duru yağ – yarım stəkan
-Un – 1 stəkan
-Qabartma tozu – 1 paket
-Vanil – 1 paket
-Kakao – 2 x/q.

Keksi islatmaq üçün:
-Süd – 1,5 stəkan
-Kakao – 2 x/q.

Krem üçün:
-Süd – 3 stəkan
-Şəkər tozu – 1 stəkan
-Un – 1 stəkan
-Qaymaq – 200 ml.

Üstü üçün:
-Kakao

Hazırlanması:

Əvvəlcə keksi hazırlayırıq. Yumurta və şəkər tozunu yaxşıca qarışdırırıq. Digər inqrediyentləri də əlavə edərək, keksin xəmirini hazır edirik. 175 dərəcədə isidilmiş sobanın tavasını yağlayıb, xəmiri tökürük. Və elə həmin dərəcədə də 20-25 dəqiqə ərzində bişiririk.

Keks bişən zaman kremini hazırlayırıq. Süd, şəkər tozu və unu qazana töküb, qarışdıra-qarışdıra bir qədər bərk hal alana qədər bişiririk. Sonra soyumağa qoyuruq.

Bişən keksi sobadan çıxardıb, üzərinə süd və kakao qarışımını gəzdiririk.(Bu xəmiri islatmaq üçündür). Soyumuş kremə duru kremi də əlavə edib, mikserlə yaxşıca qarışdırırıq. Sonra keksin üstünə tökərək, yayırıq. Ən sonda keksin üstünə kakao səpirik. Sonra soyuducuya qoyub, bir neçə saat gözləyirik.

Qeyd: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, piona keksiniz yumşaq olacaq.

Nuş olsun!

Buna da baxın

Ağlayan keks

Whatsapp ilə PaylaşTərkibi: 4 ədəd yumurta 1 su stəkanı şəkər 2 yemək qaşığı süd 1,5 …