Əsas səhifə / Manşet / Piroqun şişməsi üçün məsləhətlər
Bizi mobildən daha sürətli  izləyin

Piroqun şişməsi üçün məsləhətlər

j
Bir çox xanımlar bişirdiklərin piroqun istədikləri kimi şişməməsindən şikayətcidirlər.

Reseptə riayət etsələr də eyni effekti ala bilmirlər. Bu sizin nəyisə düz etməməyinizdən irəli gəlmir. Sadəcə olaraq keks hazırlayarkən diqqət edilməli olan bir sıra xırda nüanslar var ki, onları nəzərdən qaçırmaq olmaz.

Qadınklubu.com sizlər üçün həmin sözügedən incə məqamları araşdırmışdır.

  • Yumurtaların soyuduca olmaması lazımdır. Otaq istiliyində olan yumurtalalar daha yaxşı köptüyü üçün keksin də yaxşı qabarmasında təsiri vardır.
  • Yumurtaları köpüklənənə qədər çalın. Belə olduğu təqdirdə daha yumşaq bir xəmir əldə edə bilərsiniz.
  • Qabartma tozu və unu birlikdə qarışdırın. Daha sonra xəmirə əlavə edərkən mütləq ələyin. Belə olan halda qabartma tozu unla yaxşı qarışar və xəmirin qabarmasına səbəb olar.
  • Sufle kimi köpüklü kekslərin edirsinizsə, unu əlavə edərkən taxta qaşıqla altdan yuxarıya doğru qarışdırın. Çox da qarışdırmayın ki, köpüyü qaçıb havasız qalmasın. Çox qarışdırıldığında qabarıqlıq itər və nəticədə köpməmiş bir piroq ilə qarşılaşarsınız.
  • Keks xəmirinin tavaya yapışmaması ya da asan çıxması üçün yağladıqdan sora az miqdarda şəkər səpin yada unlayın.
  • Adətən keks 175-180 dərəcədə bişir. Soba dərəcəsi çox əhəmiyyətlidir. Amma bəzi tortlar bir az daha aşağı istilikdə bişir. Xəmirdən asılı olaraq dəyişən temperatur şirniyyatın tərifində qeyd olunur.
  • Sobanı və tavanı əvvəlcədən isidin, çünki yumurta isti mühitdə dərhal qabarıqlaşmağa başlayır. Yumurta bu xüsusiyyəti sayəsində qabarıq bir keks əldə edə bilərsiniz.
  • Əsla 20-25 dəqiqədən əvvəl sobanın qapağını açmayın. Çünki belə olduğu halda sobanın buxarı çıxır, təbii olaraq temperaturun azalması nəticəsində keksin qabarıqlaşması tamamlanmamış yenidən soyumağa başlayır.
  • Bişib-bişmədiyini anlamaq üçün kibrit çöpü vasitəsiylə xəmirin üstünə batırın. Əgər çöpdə xəmir yapışırsa bişməyib, əgər kibrit qururdursa deməli artıq keks hazırdır.
  • Sobadan çıxarılan keksi soyuyana qədər gözləyin. Tez kəsmək istəsəniz dağıla bilər. Ya da tavadan çıxararkən parçalanar.
  • Soyumağa qoyduğunuzda üzərinə dəsmal qoysanız yaxşı olar.

Buna da baxın

Evdə edə biləcəyiniz dəri ağardan krem

Whatsapp ilə Paylaş Qadınklubu.com dəri tonunuzu dəyişdirməkdə sizlər üçün evdə hazırlayacağınız dəri ağardıcı kremi təqdim …