Əsas səhifə / Əsas menu / Gözəllik / Piylənməyə son qoyan məşhur NİŞİ PƏHRİZİ
Bizi mobildən daha sürətli  izləyin

Piylənməyə son qoyan məşhur NİŞİ PƏHRİZİ

diet

Yapon alimi Nişi iddia edirdi ki, orqanizmin sağlam qalması üçün onu mütəmadi olaraq təmizləmək lazımdır. Kimyəvi və bakterioloji fermentlərdən təmizlənmiş bədən beyin fəaliyyətini də gücləndirir.

Qidanızın təbii ərzaqlardan hazırlandığına əminsinizmi?

Orqanizmə daxil olan hər bir qidanın tərkibinə mütləq müəyyən miqdarda kimyəvi maddə qatılır. Üstəlik, adi qrip zamanı qəbul etdiyimiz antibiotik və başqa dərmanlar da orqanizmdən sovrulmur. Bu da zamanla daxili orqanlarda, əsasən də böyrəklərdə, qaraciyərdə, mədədə və bağırsaqda çöküntü əmələ gətirir. Bəs eyni zamanda bütün xəstəliklərdən xilas olub, həm də sürətlə arıqlamağa necə nail olaq? Bunun üçün çox məşhur olan Nişi pəhrizi imdada yetişir.Aile.lent.az axsam.az-a istinadən Nişi pəhrizini təqdim edir.

Diqqət!

Pəhrizə 1 ay ərzində əməl etməklə, siz piylənmə riskini minimuma endirib, 10 kq arıqlayıb, damarlardakı trombları “əridib”, xolesterini təmizləyib, bədən tonusunu, beyin fəaliyyətini və immuniteti gücləndirib, orqanizmdə gedən bütün xroniki və ağır xəstəliklərdən xilas ola bilərsiniz.

Pəhriz:

• Hazırlanan yeməklər suda, buxarda və sobada bişməlidir.

• Şəkər ksilit, sorbit və slastilin ilə əvəz olunmalıdır.

• Gün ərzində 5-6 dəfə yemək lazımdır.

• İstifadə etdiyiniz duzu hər gün 5-6 qr azaltmalısınız.

Tövsiyə olunur:
• Qara undan hazırlanmış çörək və un məmulatlarından istifadə olunmalıdır. Günə 100 qr.-dan artıq yemək olmaz.
• Şorba – gündə 2-3 dəfə, 250 qr. Şorba ancaq yağsız balıq və toyuq bulyonunda bişməlidir.
• Gün ərzində 150 qr. yağsız ət, balıq və ya toyuq yemək olar.
• Gün ərzində 200 qr. süd içmək olar.
• Əgər səhər kəsmik yemək istəyirsinizsə, onun yağsız və 200 qr.-dan artıq olmamasına diqqət yetirməlisiniz.
• Yumurta – ancaq soyutma olmalı və günə 1-2 ədəddən artıq yeyilməməlidir.
• Tərəvəzlər ancaq çiy şəkildə yeyilməlidir. Əsas tərəvəzlər: kələm, xiyar, turp, kabaçok, balqabaq, pomidor və kök. Bunlardan tərəvəz salatı hazırlayıb, yağsız, duzsuz yemək lazımdır. Salata bir çimdik ingilis duzu əlavə olunmalıdır.
• Meyvələr turşməzə, onlardan bişirilən kompot səkərsiz olmalıdır.
• İçki – qara qəhvə, südlü qəhvə, çay, şəkərsiz meyvə şirəsi və su ilə qarışdırılmış meyvə şirəsi.
• Yağ – günə 15 qr. kərə yağı
• Sutkada 1-1,2 litr su içilməlidir.

Buna da baxın

Diyetdə effekti 2 qat artıran çay

Whatsapp ilə Paylaş Arıqlamaq üçün  diyet saxlamaq və məşq etmək məcburiyyətində qalarıq. Ancaq hər zaman bu …