Əsas səhifə / Manşet / Piyləri əritmək üçün idman hərəkətləri
Bizi mobildən daha sürətli  izləyin

Piyləri əritmək üçün idman hərəkətləri

woman sport1

Qış gəldi deyə vaxtında idman edin, rejiminizi pozmayın. Günlər elə tez-tez keçir ki, bir də görürük ki, yaz gəlib. Yaz gələrkən az bir vaxtda arıqlamaq üçün müxtəlif pəhrizlər saxlamamaq istəyirsinizsə işinizi indidən görün. Qarındakı yağlardan qurtula bilmək üçün qadinklubu.com sizlər üçün 3 idman hərəkəti təqdim edir. Bu hərəkətləri 2 gündə bir dəfə davamlı olaraq edib, düzgün qidalansanız qarındakı piylərdən azad ola bilərsiniz.

Yerə uzanıb ayaqları qaldırın

Yerə uzanın. Əllərinizin içini iki tərəfdən yerə dayayın. Ayaqalrınızı dümdüz uzadın. Əvvəl sağ ayağınızı yerdən 20 sm yuxarı qaldırın, sonra endirin amma yerlə arasında 1-2 sm qalın. Sonra eyni hərəkəti sol ayağınız ilə edin. Hərəkəti 10 dəfə təkrarlayın.

1 foto

Plank

Üzünüz yerə baxacaq formada ayaqlarınız və əlləriniz üstündə bədəninizi düz formaya salın. 10 saniyə dayanın. Sonra dizlərinizin üzərinə çökərək yerə uzanıb istirahət edin. Bu hərəkəti 10 dəfə təkrarlayın.

2 foto

Pres

Yerə uzanın. Əllərinizi başınızın arxasına aparın. Dizlərinizi qarnınıza doğru çəkin, ayaqlarınızı  90 dərəcə məsafə ilə yerə qoyun. Əllərinizin dəstəyi ilə belinizi və sinənizi yerdən qaldırıb dizlərinizə doğru yaxınlaşdırın və təkrar arxaya gedin.

3 foto

Buna da baxın

Qarın piylərini bu qida ilə ərit – VİDEO

Whatsapp ilə Paylaş Yay ayında qarın əritmək hər kəsin dərdidir. Hətta kişilər bu problemdən əziyyət …