Əsas səhifə / Manşet / Piyləri necə yox etməli?
Bizi mobildən daha sürətli  izləyin

Piyləri necə yox etməli?

qarin1

Qışda qalın paltarların altında gizlətdiyimiz qarınınızla yalnız yayda üzləşməli olduğunuzu düşünürsünüzsə, yanılırsınız. Qarnınızdakı piy hər paltar mağazasında düyməsi bağlanmayan şalvar və əyninizə olmaycaq bir köynək formasında qarşınıza çıxacaq.

Əgər oturduğunuz zaman qat-qat olan qarından qurtulmaq istəyirsinizsə, qadinklubu.com un təqdim etdiyi piylənməyə səbəb olan bəzi vərdişləri tərgidə, verdiyi məsləhətlərə riayət edə bilərsiniz.

Gün ərzində tez-tez qazlı içkilər içirsinizmi?

Alimlərin araşdırmasına görə qazlı içkilər içən adamın bel tərəfi həftədə bir dəfə qazlı içki içənlərə nisbətən daha çox genişlənir. Xüsusi dadı olan qazlı içkiləri içmək isə çarə deyil. Çünki bu içkilərin içindəki kimyəvi maddələr şəkər yeyərkən olduğu kimi acmağımıza səbəb olur. Əgər gün ərzində şirələr, sular içmək istəyirsinizsə, təzə sıxılmış tərəvəz, meyvə şirələrini seçin.

Boşqablara diqqət edin!

Yemək yeyərkən böyük boşqablar istifadə etmək qarnınızın genişlənməsinə səbəb olur.

Piylənmədən əziyyət çəkən xəstələr üzərində aparılan araşdırmalar zamanı məlub olub ki, onlar yemək yeyərkən kiçik ya da orta ölçülü boşqablar yerinə, böyük boşqablardan istifadə ediblər.

Boşqabınız nə qədər böyük olarsa, üstünə qoyduğumuz yeməklər də kiçik görünəcək və sizi  boşqabınıza daha çox yemək qoymağa vadar edəcək. Bu zəncirvari təsirdən uzaq durmaq üçün kiçik ya da orta olçülü boşqablar istifadə etmək daha məsləhətlidir.

Gecə yemək yeməyin!

Bədəniniz gecə siz yatarkən  yediklərinizi həzm etməyə başlayır. Lakin gecə yemək yeyib  yatdıqda bədəniniz bu işi görmək də çətinlik çəkir və bu da qarnınızda yağlanmaya səbəb olur. Gecə acdığınız zaman meyvə yeyin. Beləliklə, gecə yemək yeməyin qarına verdiyi zərərin qarşısnı ala bilərsiniz.

Yeməyə təslim olmayın!

Özünüzü kefsiz, ya da hirsli hiss etdikdə hamburger və kartof qızartmasına təslim olmayın. Bu cür qidalarla xoşbəxt olmayacaq və qarnınızdakı qatlara birini də əlavə etmiş olacaqsınız. Stresi atmaq üçün bir stəkan su içə, gəzə, yada yaxın bor dostunuza zəng edə bilərsiniz. Bəzi insanlar yağlı yeməklərin, içkilərin qarında yağlanmaya səbəb olduğunu düşünür. Halbuki avokado, zeytun yağı və çəyirdəklər qarında piylənməyə qarşı ən yaxşı vasitələrdəndir. İstehsalçı firmaların tərkibinə şəkər əlavə etdiyi, az miqdarda yağ olan yeməklərdən uzaq durmağa çalışın, çünki nə qədər çox şəkər qəbul etsəniz, o qədər çox piylənmə olacaq.

Vaxtında yatmamaq qarnınızda yığılan piylərin səbəbidir

Yetkinlər üçün ideal yuxu vaxtı 9 və 7 saat olmalıdır. Yatmadığınızda stres hormonu olan kortizolun səviyyəssi artır və bu da sizi şirin yeməklər yeməyə vadar edir. Stres hormonu səviyyəsini normada saxlamaq üçüm yuxunuza diqqət edin. Yuxu və kortizol səviyyəsi normal olduqda iştahanızı nəzarət altına alan leptin hormonunu ifraz olunmağa başlayacaq.

Protein qəbul edin!

Normal qidalanma zamanı proteinlərə çox yer verməmək qarında piylənməyə səbəb olur. Səhhətində heç bir problem olmayan yetkinlərin qəbul etməli olduğu günlük protein miqdarı 20-25 qramdır. Daha çox protein qəbul edərək qan şəkərinin səviyyəsini də tənzimləyərək insulini aşağı sala, maddələr mübadiləsini sürətləndirə biləriniz. Həmçinin protein iştahanızı,  hormonlarınızı da nəzarətdə saxlayır və normal olaraq arıqlamağa başlayırsınız.

Buna da baxın

7 addımda dümdüz qarın!

Whatsapp ilə Paylaş Arıqlamaq, artıq çəkilərdən xilas olmaq  üçün bir çox diyet və məşqlər məlumdur. …