Əsas səhifə / Manşet / Pizza-Pirojna
Bizi mobildən daha sürətli  izləyin

Pizza-Pirojna

pizzapiirrojna

Ərzaqlar

Şəkərli peçenye xəmiri
250 qram mikserlə çalınmış yağsız pendir
Stəkanın üçdə biri qədər şəkər pudrası
1 çay qaşığı vanil
1 xörək qaşığı su
Seçimə görə dilimlənmiş meyvələr

Hazırlanması

Peçenye xəmirini pizza xəmiri kimi incə şəkildə açın.
12 dəqiqə 190 dərəcədə sobada bişirin və bişdikdən sonra kənarda soyumağa qoyun.
Pendir, şəkər pudrası və vanili qarışdırın.
Soyuyan xəmirin üzərinə incə təbəqə şəkilində yaxın.
Meyvə dilimlərini xəmirin üzərinə yerləşdirin.
Suyu qaynama nöqtəsinə gələnə qədər qarışdıraraq isidin.
Fırçayla meyvələrin üzərinə sürtün.
Bunun sayəsində meyvələrin rəngi qorunmuş olacaq.
Süfrəyə təqdim etmədən əvvəl soyuducuda saxlayın.

Bu resepti dəqiqliklə yerinə yetirsəniz, pizza-pirojna yumşaq olacaq. Nuş olsun!


Buna da baxın

Bayat çörəkdən hazırlanan pizza

Whatsapp ilə Paylaş Qadınların şikayətçi olduğu və heç cür dəyərləndirə bilmədiyi bayat çörəklərdən pizza hazırlamağın …