Əsas səhifə / Manşet / Pizza resepti
Bizi mobildən daha sürətli  izləyin

Pizza resepti

pizza resepti

Tərkibi;

Xəmir üçün:

  • 5 su stəkanı un
  • 1 paket  maya (10 qr),
  • 1 yemək qaşığı  şəkər tozu
  • 1,5 su stəkanı ilıq süd
  • 0.5 su stəkanı maye yağ
  • 1 ədəd yumurta
  • duz

Xəmirin üzəri üçün  Sous:

  • 1 yemək qaşığı tomat pastası
  • 1 qəhvə fincanı duru yağı
  • 3 diş əzilmiş sarımsaq
  • 0.5 ç/qaşığı kəklikotu
  • qara bibər
  • 1 çay qaşığı duz.

Xəmirin üstü üçün:

  • Təxminən 2 su stəkanı sürtgəcdən keçirilmiş  holland pendiri
  • sosiska
  • kolbasa
  • göbələk
  • zeytun
  • istiot
  • pomidor
  • qarğıdalı

Hazırlanması:

  1. Mayanı, şəkəri və ilıq südü qarışdıraq.
  2. Bu şəkildə 10 dəqiqə gözlədin.
  3. Qabaran mayanın içinə maye yağı, yumurtanı və duzu qoyub yaxşıca qarışdıraq.
  4. Üzərinə az-az un əlavə edib yumşaq konsistensiyalı bir xəmir yoğuraq.
  5. Xəmirin üzərini bağlayıb ilıq bir mühitdə 30 dəqiqə mayalandıraq.
  6. Tomat, maye yağı, sarımsağı, kəklikotunu, qara bibəri və duzu  yaxşıca qarışdıraq.
  7. Sinini duru yağla yağlayaq.
  8. Xəmirin iki yerə bölək.
  9. Əlimizi maye yağı ilə yağlayıb  xəmiri nazik hərəkətlərlə sini boyunca yayaq.
  10. Xəmirin hər yerinə çəngəl ilə dəliklər açaq. (Bişərkən qabarmaması üçün)
  11. Hazırladığımız xəmirin üzərinə hazırladığımız sousu çəkək.
  12. Sürtgəcdən keçirilmiş pendirin  yarısını sousun üzərinə səpək.
  13. Sonra üzərinə sıra ilə dilimlənmiş sosiskanı, kolbasanı, göbələyi, çəyirdəyi  çıxarılmış zeytunu, qarğıdalı, incə-incə doğradığımız  bibəri və pomidoru yerləşdirək.
  14. Əvvəldən isidilmiş 200 ° sobada 20 dəqiqə bişirək.
  15. Müddət sonunda pizzanı sobadan götürüb qalan pendiri  üzərinə səpək  və 10 dəqiqə daha bişirək.

Bu reseptdən iki qab pizza hazırlaya bilərsiniz.

Nuş olsun!

 

Buna da baxın

Ləziz ponçiklər

Whatsapp ilə PaylaşTərkibi: 500 ml süd 2 yumurta 125 qr yağ- marqarin  və ya kərə …