Əsas səhifə / Manşet / Polşasayağı biskivit
Bizi mobildən daha sürətli  izləyin

Polşasayağı biskivit

Tərkibi:

5 yumurta
170 qr tozu
10 qr vanil
35 qr kakao və ya nişasta
90 qr un

Hazırlanması:

Şəkər tozunu vanillə qarışdırırıq. Daha sonra kakaonu unla qarışdıraraq ələkdən keçiririk. Yumurtaların ağını sarısından ayıraraq, sadəcə ağını çırpırıq. Qarışdırmanı saxlamadan şəkər tozunu az-az əlavə edirik. Yumurta sarılarını da bir-bir əlavə edərək qarışdırırıq. Daha sonra az sürətdə mikseri işlədərək, əvvəlcədən hazırladığımız kakolu unu əlavə edib, qarışdırmağa davam edirik. Kalka sərilmiş siniyə əldə etdiyimiz xəmiri yayaraq əvvəlcədən qızdırılmış 170 dərəcəli sobada 40 dəqiqə bişiririk. Hazır olan biskiviti bir qədər yüksəkdən üz üstü stola çırpın ki, daxilindəki hava çıxsın. Daha sonra dəmir şəbəkə üzərində üzü aşağı formada 3 saat gözlədin. Önəmli məqam biskivitin hava ilə təmasını təmin etməkdir. 3 saatdan sonra biskiviti qabdan çıxara bilərsiniz. Əgər biskivitin bəyaz olmasını istəyirsinizsə, kakao əvəzinə qarğıdalı nişastası da istifadə edə bilərsiniz.

Nuş olsun!
Qeyd: 100 qr-274 kkal