Əsas səhifə / Əsas menu / Gözəllik / Pomidor maskası ilə, 1 saata mükəmməl dəri
Bizi mobildən daha sürətli  izləyin

Pomidor maskası ilə, 1 saata mükəmməl dəri

j

Geniş məsamələr, iltihab, qızartı, xoşagəlməz çapıqlar, bir sözlə dəriyə aid bütün problemləri tez bir zamanda, büdcəmizə zərər vermədən aradan qaldırmaq üçün pomidor ən ideal vasitədir.

Pomidor maskasının hazırlanma və istifadə qaydası:

Bu maskanı həm pomidor dilimi kimi istifadə etmək olar, həm də onu püre halında. Əlbəttə hansı sizə daha rahatdırsa onu edin. Effekt onsuz da sizi təəcübləndirəcək. Möhtəşəm nəticə əldə edəcəksiniz. Üzünüzə pomidor dilimləri və ya püresi sürtün, 1 saat saxlayın. 15 dəqiqə də olar, yenə də effektini görəcəksiniz. Daha sonra ilıq su ilə yuyun, nəmləndirici krem və ya zeytun yağı çəkin.

Belə maska problemli dəri üçün çox yaxşıdır. Dərhal iltihabı götürür! Bütün sirr ondadır ki, pomidorun turşuluq dərəcəsi dəridə ph-balansının düzgün qurmağa imkan yaradır. Həmçinin pomidorun tərkibində olan A, C, E və В6, vitaminləri, dərinin tonusunu artırır, qırışları hamarlayırlar, qan dövranını yaxşılaşdırdığına görə də dəriyə təravətlı görünüş verir.

Qeyd: Turşuluğa allergiyası olanlar, ehtiyatlı olsunlar. Amma qalan bütün dəri tiplərində ürəklə istifadə edə bilərsiniz. //Qadın.az

Buna da baxın

Cilddəki qızartılar üçün maska

Whatsapp ilə Paylaş Üzdəki bir sıra qızartılar müşahidə edilir ki, bu da xanımları təbii olaraq …