Bizi mobildən daha sürətli  izləyin

Pomidorlu pirojkilər

opal

Ərzaqlar:

Xəmir üçün:

Un – 3-3,5 st.

Su (qaynar) – 1 st.

Bitki yağı – 4 x.q.

Şəkər – 1 ç.q.

Duz – 1 ç.q.

İçlik üçün:

Pomidor – 5 əd.

Brınza pendiri (yaxud kəsmik) – 200 q.

Sarımsaq – 2 diş

Göyərti, duz

Hazırlanması:

Pomidorları dairəvi doğrayın. Brınzanı çəngəllə kəsin. Kəsmik istifadə edirsinizsə, duzlayın. Sarımsağı və göyərtini xırda doğrayın və ərzaqları qarışdırın.

Qaynar suya duz və şəkər töküb, bitki yağı əlavə edin. Üzərinə un gəzdirin. Yumşaq xəmir yoğurun. 30 dəqiqə saxlayın. Xəmiri iki hissəyə bölün və nazik yayın. İçərisinə pomidor qoyun və qarışdırılmış ərzaqları da pomidorun üzərinə əlavə edin. Yayılmış digər xəmiri üzərinə örtün. Stəkanla yumru şəkildə kəsin. Və qıraqlarını əlinizlə birləşdirin. Pirojkiləri yağda qızardın

Buna da baxın

Pomidorun qabığını atmayın!

Whatsapp ilə Paylaş Pomidor ən çox istifadə olunan tərəvəzlərdən biridir. Bu ləzzətli tərəvəz dadı və qoxusu …