Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Qış tədarükü / Pomidorun qabığını atmayın!
Bizi mobildən daha sürətli  izləyin

Pomidorun qabığını atmayın!

oyu

Pomidor ən çox istifadə olunan tərəvəzlərdən biridir. Bu ləzzətli tərəvəz dadı və qoxusu ilə hamının ağız dadına uyğundur. Təəssüf ki, pomidorun qabığı özü qədər sevilmir. Halbuki onun qabıqlarını atmaq da israfçılıqdır. Çünki pomidorun özü qədər faydalı olan qabığından dadlı tomat hazırlaya bilərsiniz.

Əmin olun ki, marketlərdə satılan kimyəvi maddələrlə dolu tomatlardan birdəfəlik imtina edəcəksiniz.

Tərkibi:

-Pomidor qabığı
-Duz

Hazırlanması:

Pomidor qabığını böyük bir qaba töküb duzlayın. Daha sonra kağız torbalara doldurun. Torbaları ləyənə qoyub günəşin altında saxlayın. Ləyən dolduqca suyu boşaldın. Arada bir torbaları silkələyərək qarışdırmağa çalışın. 4-6 gündən sonra qabıqları süzgəcdən keçirin. Su qaynayıb qatılaşana, tomat halına düşənə kimi qaynadın. İsti halda şüşə qablara doldurub qabları ağzıüstə çevirin. Üstünü tünd rəngli parça ilə örtüb 1 gün qaranlıqda saxladıqdan sonra soyuducuya qoyun. Bu tomatdan qış aylarında asanlıqla istifadə edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Bürcünüzə uyğun pəhriz saxlayın – Kişilər

Whatsapp ilə Paylaş Qoç (21 Mart – 20 Aprel): Çox quru yeməklərə meyillisiniz. Bu səbəbdən …