Bizi mobildən daha sürətli  izləyin

Ponçiklər

Ponçiklər

Tərkibi:

-500 qr un
-250 ml süd
-12-15 qr quru maya (1 paket)
-50 qr yumşaldılmış kərə yağı
-2 x/q şəkər tozu
-0.5 ç/q duz
-500 ml bitki yağı (qızardılması üçün)

Hazırlanması:

Ponçik əsasan yağda qızardılmış xəmirdir. Xəmiri süd ilə hazırlananda isə daha ətirli və koppuş alınır. Ələ yapışmır və ponçik hazırlananda əlavə una ehtiyyac qalmır, nəticədə qızardılması çox rahat olur.

1. İri kasaya quru maya, duz, şəkər tozu və isti süd əlavə edilir. Maya tam əriyənə qədər hamısı qarışdırılır.

ponchik-01

2.Un və yumşaldılmış kərə yağı parçaları əlavə edilərək xəmir yoğrulur.
Xəmirdən yavaş-yavaş kündə əmələ gələndə, onu un səpilmiş lövhəyə yerləşdirərək 5-7 dəqiqə ərzində yaxşıca əzin. Hətta, əvvəlcə xəmir bir qədər yapışqan olsa belə, narahat olmayın, sadəcə əzməyə (yoğurmağa) davam edin. Nəticədə xəmir yumşaq və elastik alınacaq.

ponchik-02

3. Xəmir yenidən kasaya əlavə edilir, üstü nəmli dəsmal ilə bağlanıb isti yerə yerləşdirilir. Çünki nəmli və bir qədər isti mühüt bakteriyaların artması üçün əlverişli yer hesab edilir. Maya isə bakteriyadır. İsti yer qismində adi sobanı istifadə etmək məsləhətlidir. Oranı bir qədər isidin, içəridəki temperatur otaq temperaturundan biraz isti olsun və kasanə oraya yerləşdirin. Xəmir bir saat ərzində qalxacaq. Həcmdə isə 3-4 dəfə artacaq.

ponchik-03

4. Xəmiri yüngülcə əzin ki, onu rahat kündələyə biləsiniz və xəmirdən kiçik hissələr qopardaraq ponçiklər formalaşdırmağa başlayın. Hazırladığınız dairəvi formaları yağlanmış tavanın üzərinə düzün və 10-15 dəqiqə gözləyin. Bu vaxt ərzində xəmir formalarına yenidən bir qədər hava hopar və onlar həcmdə şişmiş olar.

ponchik-05

5. Dərin qazanda təmizlənmiş və qoxusuz olan bitki yağı qızdırılır. Yağ tam qızandan sonra ponçikləri qazana buraxa bilərsiniz. Bir tərəfdən təxminən 30 saniyyə qızardın, sonra isə çevir ki, rənginə görə hər tərəfi bərabər olsun.

ponchik-06

6.Hazır ponçiklər kağız mətbəx salfetləri üzərinə (və ya adi təmiz dəsmal üzərinə) yerləşdirilir ki, üzərində qalan artıq yağlar süzülsün.

ponchik-08

7.Süfrəyə verərkən üzərinə bolluca şəkər pudrası səpin, zövqə görə şokoladlı kremlə də yeyilə bilər.

ponchik-10

ponchik-09

Nuş olsun!

Buna da baxın

Ləziz ponçiklər

Whatsapp ilə PaylaşTərkibi: 500 ml süd 2 yumurta 125 qr yağ- marqarin  və ya kərə …