Əsas səhifə / Manşet / Portağallı yaş keks
Bizi mobildən daha sürətli  izləyin

Portağallı yaş keks

Tərkibi:

  • 4 yumurta
  • 10 x/qaşığı şəkər tozu
  • Yarım su stəkanı duru yağ
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 10 x/qaşığı un

İçlik:

  • 1 stəkan portağal suyu
  • 2 x/qaşığı şəkər tozu

Üzəri üçün:

  • Hindistan qozu
  • Portağal qabığı

Hazırlanması:

Yumurta və şəkər tozunu qarışdırın. Şəkər tozu tam əriyənə qədər qarışdırın. Üzərinə duru yağ, vanil, qabartma tozu və un əlavə edib qarışdırmağa davam edin. Qarışımı yağlanmış siniyə töküb əvvəlcədən qızdırılmış 175 dərəcəlik sobada bişirin. Portağal suyuna şəkəri əlavə edib qarışdırın. Keks bişdikdən sonra soyumasını gözləyin. Soyumuş keksin üzərinə hazırladığınız portağal suyunu gəzdirin. Daha sonra üzərinə xırdalanmış Hindistan qozu və sürtgəcdən keçirilmiş portağal qabığını səpin.

Nuş olsun!

Buna da baxın

Qarışqa yuvası

Whatsapp ilə PaylaşTərkibi: 500 qr un 250 qr kərə yağı 100 qr şəkər tozu 2 …