Əsas səhifə / Manşet / Praqa salatı
Bizi mobildən daha sürətli  izləyin

Praqa salatı

Tərkibi:

  • 2 qaynadılmış yumurta
  • 300 qr toyuq əti
  • 2 qaynadılmış kök
  • 1 soğan
  • 1 qab yaşıl noxud
  • 200 qr duzlu xiyar
  • 100 qr qara gavalı
  • 200-250 qr mayonez
  • 3 x/qaşığı ağ sirkə (uksus)
  • 2 x/qaşığı su
  • Duz, istiot

Hazırlanması:

Soğanı incə formada doğrayın. Ağ sirkə, su, duz və istiotu bir qabda qarışdırın. Doğradığınız soğanları qarışıma əlavə edərək bir qədər gözlədin. Toyuq ətini doğrayaraq servis qabına əlavə edib üzərinə istiot səpdikdən sonra bir qədər mayonez çəkin. Duzlu xiyarı incə formada doğradıqdan sonra ətin üzərinə əlavə edin. Soğanları süzün və xiyarın üzərinə əlavə edin. Yumurtaları və kökü sürtgəcdən keçirin. Yumurtanı servis qabına əlavə edərək mayonezləyin. Daha sonra kökü əlavə etdikdən sonra üzərinə yaşıl noxud və incə doğradılmış gavalı düzün. Son olaraq salatın üzərinə mayonez çəkərək servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

“Pələng balası”

Whatsapp ilə Paylaş Göndərdi: Aygün Abdullayeva Lazım olan ərzaqlar: 400 qr kartof 200 qr kolbasa …