Əsas səhifə / Manşet / Praqa tortu
Bizi mobildən daha sürətli  izləyin

Praqa tortu

Tərkibi:

  • 6-yumurta
  • 150 qr-şəkər tozu
  • 115 qr-un
  • 25 qr-kakao
  • 40 qr-kərə yağı
  • Bir paçka qabartma tozu

Krem üçün:

  • 1-yumurta sarısı
  • 20 ml-su
  • 120 qr -qatılaşdırılmış süd
  • 200 qr-kərə yağı
  • 8 qr-vanil
  • 10 qr-kakao

Qlazur üçün:

  • 100 qr- 70%- li qara şokolad
  • 100 qr- kərə yağı
  • 50 qr- şaftalı cemi (zövqə görə dəyişə bilər)

Hazırlanması:

Biskivit:

Yumurtanın ağını sarısından ayırın. Bir qabda yumurtanın ağını beze olana qədər çırpın. Sonra şəkər tozunun yarısını da az-az bezeye əlavə edərək, bərk maddə halına gələnə qədər çırpın. Digər qabda isə yumurta sarısı ilə şəkər tozunun qalan hissəsini əlavə edərək  qarışdırın. Unla kakao və qabartma tozunu qarışdırıb qarışıma əlavə edirik. Yaxşı qarışdırdıqdan sonra üzərinə digər qabdakı hazırladığımız yumurta ağını az-az əlavə edərək asta-asta qarışdırırıq. Daha sonra isə əridilmiş kərə yağını əlavə edərək qarışdırın. Sinini bir az duru yağla yağlayıb bir qədər də un səpirik ki, yapışmasın. Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada 30 dəqiqə bişiririk. Sobadan çıxarılan biskiviti  bir qədər soyuduqdan sonra  salafanla bükürük ki, qurumasın. Tam soyuduqdan sonra 3 yerə bölürük.

Krem:

Yumurta sarısıyla suyu qatıb qarışdırın. Qatılaşdırılmış südə yumurta sarısı və vanili əlavə edib qarışdırın. Qarışımı su hamamında 10 dəqiqə qarışdıraraq bişirin. Hazır olduqdan sonra qarışdıraraq otaq temperaturunda soyumasını təmin edin. Otaq temperaturunda yumşaldılmış yağı mikserlə qarışdırın. Az-az hazırladığınız siropu əlavə edərək, qarışdırmağa davam edin. Axırda kakaonu əlavə edib qarışdırdıqdan sonra krem hazırdır.

Qlazur:

Su hamamında şokoladı əritdikdən sonra üzərinə yağı da əlavə edib qlazuru hazırlayın.
Hazırladığımız kremi biskivitlər arasına çəkirik. Üzərinə şaftalı cemini çəkdikdən sonra üzərinə qlazuru çəkirik. 2 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Hədiyyə tortu

Whatsapp ilə PaylaşTərkibi: 5 yumurta 150 qr şəkər tozu 150 qr un 2 x/qaşığı nişasta …