Bizi mobildən daha sürətli  izləyin

Pudinqli kek

Lazım olan ərzaqlar

Keks üçün:

4 ədəd yumurta
1 su stəkanı şəkər
1 su stəkanı süd
1 su stəkanı duru yağ
2 su stəkanı un
1 rəndələnmiş limon qabığı
1 paket vanil
1 paket qabartma tozu
2 yemək qaşığı kakao

Pudinq üçün:

1 litr süd
1 su stəkanı toz şəkər
2 yemək qaşığı nişasta
2 yemək qaşığı un
1 paket vanil
1 yemək qaşığı kərə yağı

Hazırlanması

Yumurta ilə şəkər tozunu qarışdırıb ağarana kimi çırpırıq. Daha sonra südü və duru yağı əlavə edirik. Üzərinə sürtgəcdən keçirilmiş limon qabıqlarını, vanil, kakao və unla qarışdırılmış qabartma tozunu əlavə edib, qarışdırırıq. Qarışımı siniyə töküb əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqə bişiririk. Bişdikdən sonra kekin üzərindən kiçik dairələr formasında parçaları çıxararaq dəliklər açırıq.

Pudinqin hazırlanması:

Nişastanı, unu, şəkər və vanili qaba töküb üzərinə asta-asta bir litr sütü əlavə edərək, qarışdırırıq. Daha sonra ocaqda az odda qarışdıraraq, qaynamağa qoyuruq. Qaynamağa başlayarkən kərə yağını əlavə edirik. Yağ əridikdən sonra pudingi ocaqdan gətirib ilıq olması üçün kənara qoyuruq. Soyuq pudingi kekin üzərinə yayırıq. Əvvəlcədən çıxardığımız kiçik hissəli kek parçalarını blenderdə ovuntu halına gətirikdən sonra pudingin üstünə səpirik.

Buna da baxın

Ağlayan keks

Whatsapp ilə PaylaşTərkibi: 4 ədəd yumurta 1 su stəkanı şəkər 2 yemək qaşığı süd 1,5 …