Əsas səhifə / Manşet / Pul yığmağın qızıl qaydaları – necə qənaətcil olaq?
Bizi mobildən daha sürətli  izləyin

Pul yığmağın qızıl qaydaları – necə qənaətcil olaq?

qenaaa

Qadinklubu.com Türkiyəli yazar Özlem Denizmenin “Bolluq və bərəkət üçün yer aç” kitabından maddi problemlər yaşayanlar üçün bir neçə dəyərli məsləhətlər təqdim edir.

Münasibətlərini qaydaya salsanız, acgözlü olmayacaqsınız. Hansı münasibətlər?

1 . Özünüzlə olan münasibətiniz

  1. Sizi böyüdən ailənizlə olan münasibətiniz

  2. Uşaqlarla münasibətiniz

  3.  Dostlarınızla olan münasibətiniz

  4. Sevdiyiniz insanla olan münasibətiniz

  5.  İş münasibətləriniz

  6. Dünya ilə olan münasibətləriniz

 

  • Dəyərlərinizi müəyyənləşdirin – sağlamlıq, ailə, sevgi, gözəllik, güc, savad, yaradıcılıq, ibadət, mədəniyyət.. Pullarınızı buna uyğun xərcləyin.
  • Vaxtı necə sərfəli istifadə edə biləcəyinizi müəyyənləşdirin – mütləq ən məhsuldar 6 saatınızı seçin.
  • Enerjinizi artırmağın yollarını tapın – sevdiyiniz biriylə söhbət etmək, yatmazdan əvvəl dünyayla əlaqənizi kəsmək kimi.
  • Pulun bərəkətini artırmaq üçün bunlara diqqət edin – alın təriylə qazanın, israfçılıq etməyin, şöhrətpərəstlikdən uzaq olun, şükür edin, başqalarını da düşünün.
  • “Paltar diyeti” edin – Dünyada buna ‘six items or less’ (altı ya da daha az parça) deyilir.  Xanımlar, bir yaxınınızla 1 aylıq çantanızı dəyişdirərək bu həvəsinizi öldürə bilərsiniz.
  • Marketə alış-verişə getməzdən əvvəl ehtiyacınız olanları qeyd edin. Gərəksiz məhsullar almaqdan qaçın. Sırf ucuzdur deyə, bir şeydən bol miqdarda almayın. Alış-verişə gedərkən tox olduğunuza əmin olun. Hər alış-verişdən sonra qəbzləri nəzərdən keçirin.
  • Bir həyat planı hazırlayın. Özünüzə səhər “bugün daha yaxşı nələr edə bilərəm?”, axşam isə “bugün yaxşı nələr elədim?” deyə sual verin.
  • Uşaq bir şey istəyəndə, “ala bilmərik, pulumuz yoxdur” deyil, “bunu almaq planımızda yoxdur” deyin.
  • Siqaret çəkirsinizsə, təcili şəkildə ondan imtina edin.

 

Evdə nələr edə bilərik?

  • Suya qənaət edin. Məsələn, duş başlığınızı, suyu az, amma sürətlə püskürdən başqa bir başlıqla dəyişdirin.
  • İstilik problemlərini həll edin. Məsələn, günəş batarkən pərdələri örtsəniz, istilik çölə çıxmaz. Beləliklə 25% qənaət etmiş olarsınız.
  • Elektrik xərclərini azaltmağ;n yollarını axtarın. Məsələn, soyuducu ilə divar arasında 5-10 sm-lik boşluq buraxmaq, enerji istifadəsini 15-20% azaldır.

Restorana getdiyinizdə

  • İlk dəfə gedəcəyiniz restorana əvvəlcədən zəng edib, qiymətləri öyrənin.
  • “Onu da sifariş edək, yeyərik” deməyin.
  • Bir neçə nəfərlə yeməyə çıxarkən, hesab gələndə heç kimdən səs çıxmırsa, “bunu necə ödəyək?” deyə sual verin.

10 saniyə qaydası

Bir şey alarkən özünüzdən soruşun:

  • Bu bir istəkdir, ya ehtiyac?
  • Evdə bundan var?
  • Alsam, neçə dəfə istifadə edərəm?
  • Büdcəmdə buna yer varmı?
  • Borclanmağa dəyərmi?

 

Buna da baxın

Hər il ömrümüzdən 10 il alan vərdişlər

Whatsapp ilə PaylaşHər il ömrümüzdən 10 il alan vərdişlər Hər kəs cavanlığa və gözəlliyə xidmət …