Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qəbizlikdən əziyyət çəkirsinizsə
Bizi mobildən daha sürətli  izləyin

Qəbizlikdən əziyyət çəkirsinizsə

 

6dd5ac

Qəbizlik əsasən 3 tipə ayrılır. Bunların birincisi, mərkəzi sinir sisteminin pozulması nəticəsində meydana çıxan qəbizlik, ikincisi nəcis refleksi, üçüncüsü isə mexaniki qəbizlikdir. Qəbizliyə gətirib çıxaran başlıca səbəblər səhv qidalanma, hərəkətsiz həyat tərzi, stress və depressiya halları, səyahət, istilik, qarın əməliyyatları, bağırsaq yuyulması, çox spirt və kafeinli içkilərin istifadəsi və sair sayılır.

Qəbizliyin qarşısını almaq üçün yemək yeyərkən loxmaları diri-diri udmamaq, əksinə kiçik loxmalar halında yavaş-yavaş çeynəyərək yemək lazımdır. Yataqdan qalxanda beyin qalın bağırsağın divarındakı əzələlərə mesaj göndərərək sıxılma əməliyyatına başlayır. Bu baxımdan, gəzmək, aerobika və bədən hərəkətləri qalın bağırsağın sıxılmasını asanlaşdırır. Həftədə ən azı 3 dəfə yarım saat templi getmək və ya səhər nahardan əvvəl 15 dəqiqə aerobika, ya da yer hərəkətləri etmək qarın əzələlərinin işini təmin edərək qəbizlik problemini aradan qaldıracaq.

Həmçinin, meyvə-tərəvəz də qəbizliyi aradan qaldırır, işlətmə təsiri yaradır. Bitki qalın bağırsaqlarda maye və mineral ifrazatın yaranmasına təsir edir. Qəbizliyi olanlara alma, quru meyvələr, kəpəkli məhsullar, kök, kərəviz, turp, ispanaq, kələm, cəfəri, şüyüd və kahı yeymələri, bolluca su və yaşıl çay içmələri məsləhət görülür. Bunlarla bərabər taxıl və paxlalılara da laqeyd yanaşmayın.

Buna da baxın

Əgər qatıq suyu içsəniz…

Whatsapp ilə Paylaş Qatıq aldıqdan sonra kasada yığılan qatığın suyun atırsınızsa bu xasiyyətinizdən dərhal imtina …