Əsas səhifə / Manşet / Qabartma tozu hazırlanmaq qaydası
Bizi mobildən daha sürətli  izləyin

Qabartma tozu hazırlanmaq qaydası

qabartma tozu hazırlamaq qaydası

Bir çox  şirniyyatlarda qabartma tozundan istifadə edilir. Bəzən bu maddəni qida sodası ilə də əvəz etmək mümkündür. Amma sodanı sirkə və ya qatıq kimi bir sıra məhlullarla birgə istifadə etmək lazımdır. Qabartma tozunu ev şəraitində də hazırlamaq mümkündür. Bunun üçün evdə olan ərzaqlardan istifadə etməklə asan üsulla qabartma tozunu özünüz hazırlaya bilərsiniz. Qabartma tozunun hazırlamaq qaydasını qadinklubu.com sizlərə təqdim edir.

 

Tərkibi:

  • 12 ç/qaşığı un
  • 5 ç/qaşığı soda
  • 3 ç/qaşığı limon duzu

Hazırlanması:

  1. Limon duzunu əzin.
  2. Unu, soda və limon duzunu taxta qaşıqla qarışdırın.
  3. Daha sonra qabın ağzını dəsmalla örtüb qabı çalxalayın.
  4. Hazır etdiyiniz qabartma tozunu rütübətsiz və sərin yerdə ağzı bağlı şəkildə mühafizə edin.

Buna da baxın

Gözəllik, sağlıq və uşaqlarınız üçün soda

Whatsapp ilə Paylaş Arıqlamaq üçün, saçlarınız, dişləriniz, tər probleminiz, mədə probleminiz, burun tıxanıqlığı üçün, körpənizin …