Əsas səhifə / Manşet / Qadını cazibədar edən 10 incə məqam
Bizi mobildən daha sürətli  izləyin

Qadını cazibədar edən 10 incə məqam

k

Bütün qadınlar gözəldir. Amma gözəl və cazibədar qadın ifadəsi arasında gizli və incə bir fərq vardır.

Hansı ki, bu nüansı fərqləndirmək o qədər də asan deyil. Gözəl və eyni zamanda da cazibədar xanımlar mükəmməldir və daima qarşı cinsin diqqət mərkəzindədirlər. Qadınklubu.com məhz bu tərz qadınların xarakterik xüsusiyyətlərini təqdim edir.

1. Həyat eşqi dolu olmaqları ilə diqqət çəkərlər

Həyatdan dad alan və həyatı iliklərinə qədər hiss edərək yaşayan qadınlar çox qiymətli və maraqlıdırlar. Bu tip qadınlarla söhbət etmək və onları tanımaq daima qarşı cinsin marağındadır. Ehtiraslar bir mənalı olaraq yoluxucudur və bu səbəblə əgər ehtiraslı bir qadınla bərabərsinizsə, siz də həyata daha möhkəm bağlanmağa və həyatın dadını çıxarmağa başlarsınız.

2. Əsl üzlərini sizdən saxlamazlar

Qadınların makiyaj etməyə haqqı vardır və bunda səhv bir tərəf olduğunu kimsə deyə bilməz. Lakin gözəl bir qadın, təbii üzünü makiyajın ardına gizlətməyə ehtiyac duymaz. Əgər qarşınızdakı qadın həqiqətən xarakter sahibdirsə, özünü başqalarına bəyəndirmək üçün makiyaj etməkdən çox, öz-özünə daha xoş görünmək üçün makiyaj edər. Bu qadınlar bilir ki, sizə gözəl görünmək kimi bir borcları yoxdur və kefləri necə istəsə elə də edərlər.

3. Diqqət çəkmək üçün əlavə səy sərf etməzlər

Cəlbedici və özünə inanan bir qadın, digər insanların arasında diqqət çəkmək üçün səy göstərməz. Çünki, təbiiliyi ilə onsuz da diqqət çəkir. Əslində gözəl qadınları cazibədar edən, cazibədar olmaq üçün səy göstərməmələridir. Özlərinə güvənləri tamdır və bu mövzuda olduqca təvazökardırlar. Özlərinə xas sirrli bir havası vardır; danışmaları, mimika və hərəkətləri sərbəstdir. Məhz bu səbəblərdən də, gözəl bir qadın onsuz da təbii olaraq gözəldir və bunun xaricində heç bir şeyə ehtiyacı yoxdur.

4. Necə danışması lazım olduğunu çox yaxşı bilirlər

Harada, hansı tonda danışmasını bilməyən bir qadın heç də diqqət çəkmir. Amma fikirlərini ağıllı bir şəkildə ifadə edə bilən və sözləriylə diqqətinizi çəkə bilən bir qadın, zəkanın və ehtirasın nümunəsi kimi daima diqqət mərkəzindədir. Belə bir qadının xarici görünüşü o qədər də əhəmiyyət kəsb etmir. Bu xüsusiyyəti ilə olduqca ehtiraslı bir təəsürat yaradır.

5. Bir kişiyə ehtiyacı olduğunu düşünməzlər

Bir kişiyə ehtiyacı olmayan qadın, özünə etibarı olan qadındır və özünə güvən təbii ki, gözəlliyin əsas şərtlərindən biridir. Hər hansı bir mövzuda kişilərin təsdiqinə ehtiyacı olmayan və dəstəklənmək məcburiyyətində hiss etməyən qadın, özünə güvən sahibidir və bu vəziyyət, özünü gözəl hiss etməsinə də imkan verir. Qadın olmaq bir kişiyə ehtiyac duymaq demək deyil və gözəl bir qadın bu həqiqətin fərqindədir.

6. Sirrli və ağıllıdırlar

Sirrli qadın deyildiyində axan sular dayanar. Digər insanlarla olan əlaqələrini özünə saxlayan və gərəksiz yerə danışmayan bir qadın, qarşısındakı insan üzərində bir sirr yaradar və bu vəziyyət onu daha da gözəlləşdirər. Belə bir qadınla birlikdə olsanız, onun sürprizlərlə dolu olduğunu və hər keçən gün onu daha çox sevdiyinizi görəcəksiniz.

7. Eqoist olmamaqla yanaşı sizə şəfqət göstərərlər

Bir qadının eqoist olmamasından daha gözəl bir şey vardırmı? Gözəllik, ətrafındakı digər insanlara və eyni zamanda digər canlılara əhəmiyyət verən qadınlara xas olan meyardır. Həqiqətən gözəl olan bir qadın, simpatik və şəfqətlidir. Seksi qadınların qırdığı ürəyinizi, həqiqətən gözəl olan bir qadın şəfqətiylə təmir edər. Əsl gözəllik budur.

8. Yeniliyə açıqdırlar

Gözəl bir qadın özünü məhdudlaşdırmır. Yeni fikirlərə, yeni məkanlara və yeni insanlara açıqdırlar. Bir sıra qorxular səbəbiylə utancaqlıq edərək yeni şeylərə kürəklərini dönməzlər. Tərəddüd etmədən , fərqlilikləri sınamağı sevərlər.

9. Təmiz qala bilmiş bir qəlbləri vardır

Çox ehtimal ki, sizin də qarşınıza ən az bir dəfə də olsa, pis ürəkli insanlardan çıxmışdır . Ruhlarına bulaşmış olan pisliyi, sizə də əks etdirmiş və ürəyinizi qırmışlar. Lakin həqiqətən gözəl deyə biləcəyiniz bir qadın, sadəcə xarici görünüşünə diqqət yetirməklə kifayətlənməyərək, eyni zamanda , təmiz və gözəl daxili dünyası -ruhu ilə diqqət çəkər. Seksi qızların, sizə ürəklərini tam mənasıyla açmaq kimi bir istəyi olmaz. Çünki onlar insanlara fərqli şəkillərdə cazibədar görünməyi hədəfləməkdədirlər. Həqiqətən gözəl qadınlar isə, təmiz ürəkləriylə bir dünyaya əvəzdir.

10. İfadə edilə bilməz gözəllik

Gözəl bir qadının sözlə ifadə edilə bilməyən özünəməxsusluğu vardır. Əgər biri sizdən soruşsa ki, niyə onu bu qədər gözəl hesab edirsən ?’ deyə, bu suala cavab verə bilməzsiniz. Başqa heç kimdə görmədiyiniz, yalnız ona məxsuss olan və sizi məst edən o əsas meyar, əslində bu qadını gözəl edən incə nüansdır. Bu sırf sizing anlaya biləcəyiniz gözəllik böyük ehtimal ki, bir sirr olaraq qalmağa da davam edəcək və bu mövzuda sizə təkidlə sual verənlərə ‘onda Allahın toxunuşu var’ deməklə kifayətlənəcəksiniz.

Buna da baxın

Bu il dəbdə olan hörük modelləri

Whatsapp ilə PaylaşHəm qısa, həm də uzun saçları olduqca gözəl göstərən hörüyün təkrar dəbdə olduğu …