Əsas səhifə / Əsas menu / Qadın psixologiyası / Qadının özünə hörmət hissi
Bizi mobildən daha sürətli  izləyin

Qadının özünə hörmət hissi

lfQadının özünə hörmət hissi interaktiv hisdir.

Bu interpretasiyanın açması belədir: qadın özünə hörmət etdikcə ,həyat yoldaşı, sevdiyi elə qadının özünə hörmət hissinin aurasında ona hörmətlə yanaşır. Artıq əks cinsin qadına hörmət hissi ailə münasibətlərinin və əsas münasibətlərin ana xətti kimi önəmlidir. Qadının özünə hörmət hissi müəyyən şəraitdə adekvat inkişaf etmir.

Adekvat inkişaf etməyəndə isə onun strukturunda neqativ tərəflər əmələ gəlir. Qadınla ətraf mühit arasında ziddiyyətlər əmələ gəlirsə, artıq özünün şəxsiyyət dəyərini hiss etmirsə və öz “Mən”i haqqında düşünəndə narahatlıq baş verirsə, bu zaman özünə verdiyi dəyər aşağı düşür. Və özünü müxtəlif yollara əl atmaqla: xarici görünüşündə dəyişikliklər etməklə dəbdəbəli geyimlərlə, aksesuarlarla, ədalı baxışlarla və s. təsdiq etməyə çalışır. Onun həyatında narsizim səhifələri açılmağa başlayır. Uzun sözün qısası, bir qadının içində mələk və şeytan mövcuddur. Kim hansını oyatsa, onunla da qarşılaşacaq. Çünki bir qadını sevmək, dəyər vermək, hörmət etmək, onun dəyərli və əvəzolunmaz olduğunu, əsas da qadın olduğunu ona hiss etdirmək lazımdır.