Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qadınlar abortdan sonra…
Bizi mobildən daha sürətli  izləyin

Qadınlar abortdan sonra…

 

abortion2_moreon

İslamda abort haram sayılır və bu əməl üçün heç bir bəraət (pulsuzluq, uşağın cinsi, döldə olan qüsurlar və s.) qazandırmaq mümkün deyil. Lakin bəzi hallarda ananın bətnində olan dölün inkişafı müxtəlif səbəblərə görə dayanır və bu halda qadın aborta getməyə məcbur olur. Yalnız bu hal abort üçün bəraət kimi qəbul oluna bilər.

Abort (mini-, cərrahiyyə, dərmanların vasitəsi ilə aparılan abort) və həmçinin özbaşına dölsalma müxtəlif ağırlaşmalara səbəb ola bilər. Bu ağırlaşmaları minimuma endirmək üçün qadın müəyyən qaydalara riayət etməlidir. Beləliklə,

  1. Abortdan sonra 2 həftə ərzində qadın ağır fiziki yükləmələrdən (ağır əşyaları qaldırmaq, daşımaq, əyilmiş vəziyyətdə iş görmək və s.) imtina etməli, idmanla məşğul olmamalıdır.

  2. Abortdan sonra 3 həftə ərzində qadın cinsi əlaqədən çəkinməlidir. Abortdan və ya özbaşına dölsalmadan sonra uşaqlıq böyük açıq yaraya bənzəyir. Bu səbəbdən istənilən infeksiya bura çox asan daxil olaraq güclü iltihaba səbəb ola bilər.

  3. Uşaqlığın normal şəkildə yığılmasını təmin etmək üçün sidik kisənin və bağırsaqların vaxtında boşalmasına fikir verin.

  4. Hər gün hərarətinizi ölçün, soyuqlamadan uzaq olun, orqanizmin ümumi vəziyyətinə nəzarət edin. Vəziyyətinizdə hər hansı dəyişikik, qarının aşağı hissəsində ağrılar əmələ gəldikdə, bədən hərarəti yüksəldikdə, dərhal həkimə müraciət edin.

  5. İntim gigiyenaya xüsusi diqqət yetirin. Gün ərzində 2 dəfədən az olmayaraq xarici cinsiyyət üzvləri marqan («marqansovka») əlavə olunmuş qaynanmış ilıq su ilə yuyun (su açıq çəhrayı rəngdə olmalıdır). Daha tez-tez qadın bezləri və alt paltarınızı dəyişin. Bu abortdan sonra mümkün olan iltihabın qarşısını almaq üçün çox vacibdir.

  6. Abortdan sonra 2 həftə ərzində duş qəbul edin, vannada çimməyin. Uşaqlıq yolunu dərin yumayın, hovuzda, dənizdə, çayda çimməyin.

  7. Abortun 1-ci-2-ci günü uşaqlıq yolundan qanlı ifrazatlar xaric olunmağa başlayır. Bu normada belə olmalıdır və bu menstruasiya deyil. Əgər hətta 2-ci gündən sonra belə ifrazatlar yoxdursa, bu o deməkdir ki, uşaqlıq boynunun sıxılmasına görə qan çölə axmır, uşaqlığın boşluğunda yığılır. Bu isə iltihaba səbəb ola bilər. Beləliklə, abortdan sonra qanlı ifrazatlar olmadıqda, dərhal həkimə müraciət etmək lazımdır.

  8. Abortdan sonra olan qanaxmanın intensivliyi hamiləliyin müddətindən asılıdır. Adətən qanaxma 10 gündən artıq olmur, çox güclü olmur və tədricən azalaraq tam kəsilir. Əgər sizdə qanaxma çox güclüdürsə (2 saat ərzində bez dolur), tədricən azalmır və əksinə olaraq gündən günə artır, 10 gündən artıq davam edirsə, mütləq həkimə müraciət edin. Bu natamam abortun əlaməti ola bilər (uşaqlıq boşluğunda embrionun hissələri qalıb). Bu hal çox təhlükəlidir və qadına vaxtında lazım olan tibbi yardım göstərilmədikdə, onun səhhəti və hətta həyatı üçün ciddi təhlükə yaranır.

  9. Abortdan müəyyən müddət sonra (həkim təyin edir) qadın USM-dən keçməlidir.

  10. Əgər abortdan sonra qadında hamiləliyin əlamətləri (ürəkbulanması, başgicəllənməsi, qusma və s.) saxlanılmış olarsa, bu o deməkdir ki, hamiləlik pozulmayıb və inkişaf edir. Bu halda mütləq USM-dən keçmək lazımdır. Abortdan sonra hamiləlik testləri dəqiq nəticə vermir. Məsələ burasındadır ki, bu testlər qadının qanında spesifik hamiləlik hormonu olan xorionik honadotropin hormonunu təyin edirlər. Bu hormon isə hətta abortdan sonra hamiləlik pozulduqda qadının qanında 1 ay ərzində təyin oluna bilər.

  11. Dərman vasitəsilə aparılan abortdan sonra uşaqlıq boşluğunda embrionunun hissələrinin qalmasının ehtimalı daha çoxdur. Bu səbəbdən belə abortdan sonra qadın öz vəziyyətinə qarşı xüsusi diqqətli olmalıdır.

  12. Abortdan sonra menstrual dövr 1-2 ay ərzində pozula bilər (adətən menstrual dövr uzanır). Əgər bir neçə ay ərzində menstrual dövr tənzimlənmirsə, mütləq ginekoloqa müraciət edin.

Buna da baxın

Azərbaycanda abortla bağlı qorxunc statistika

Whatsapp ilə PaylaşAzərbaycanda abortla bağlı qorxunc statistika 2014-cü ildə Azərbaycanda 27 220 abort qeydə alınıb. …