Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qadınlar, bu yazı yalnız sizin üçündür!
Bizi mobildən daha sürətli  izləyin

Qadınlar, bu yazı yalnız sizin üçündür!

 

e424d5

Evdən başqa yerdə tualetə getmək qadınlar üçün böyük işgəncədir. Hələ heç bilmədikləri, ictimai tualetdirsə… Ancaq məhz bu bəhanəni gətirərək sidiyi saxlamaq da zərərlidir. Qeyd edək ki, sidiyi tutmaq pis tualetə getməkdən 50 dəfə daha çox zərərlidir. Qadınklubu.com  bu vərdişin zərərlərini təqdim edir.

Bel ağrısına səbəb olur

Qadınlarda sidiyi tutmaq vərdişi çox geniş hal alıb. Onlar ümumi tualetlərin gigiyena və təmizliyindən şikayət edərək mikroba yoluxma təhlükəsini düşünərək sidiklərini saxlayırlar. Bu da sidik sistemini pozur. Qadınların bu vəsvəsəsi ilk əvvəl sidik kisələrinin həcmini lazımsız artıraraq qasıq ağrılarına, sonrakı mərhələdə isə sidik böyrəklərdə yığılaraq bel ağrılarına səbəb olur.

Sidiyi saxlama nəticəsində qadınlarda dartılmaya xidmət edən əzələ sistemləri gedərək incəlir və dartılma gücü azalır. Nəticədə bu insanlar 15-20 il sonra sidiyə gedə bilməz hala gəlirlər. Daha uzun müddət bunu vərdiş edənlər isə dializə kimi gedib çıxan ciddi problem yaşaya bilərlər.

Mütəxəssislərin fikrincə, gündə iki dəfə tualetə gedənlər çox böyük yanlış edirlər. Gündə iki dəfə tualetə getmək çox ciddi fəsadlarla nəticələnə bilər. Əsasən, qızların ilk məktəb dövründən etibarən tualetə getmədiyini deyən mütəxəssislər, məktəbdə su içməyi, iki tənəffüsdən birində mütləq tualetə getməyi məsləhət görür.

Məktəbdə də, bayırda da mütləq tualetə getməlisiniz. Tualetə getməmək, maye içməmək ən böyük yanlışdır. Harada olursunuz-olun 3 saatdan bir tualetə getməyi unutmayın. Sidik kisəsin yaxşı qoruyun ki, böyrəkləriniz sizə ömür boyu xidmət etsin.

Buna da baxın

Kişilər hansı qadınları sevmir?

Whatsapp ilə Paylaş Kişilərin hansı qadınları sevmədiyini bilmirsiniz? Qadinklubu.com kişilərin hansı qadınları sevmədiyini təqdim edir. …