Əsas səhifə / Əsas menu / Qadın psixologiyası / Qadınlar niyə dikdaban ayaqqabı geyinirlər?
Bizi mobildən daha sürətli  izləyin

Qadınlar niyə dikdaban ayaqqabı geyinirlər?

yQadınlar niyə dikdaban ayaqqabı geyinirlər?

Bu xəbər xüsusən hündürdaban ayaqqabı geyinməyi sevən qadınları sevindirəcək. Hündürdaban ayaqqabı üzərində dayanmaq çətin olsa da, qadınları çox cazibədar göstərir. Və qadınları onun qədər özünə inamlı göstərən başqa bir ayaqqabı modeli mövcud deyil. Qadınlar topuqlu ayaqqabını sevməsə də, onu geyinən zaman özünü daha yaxşı hiss edir. Əslində, bunun dəqiq bir açıqlaması yoxdur. Bu mükəmməl hissi duya bilmək üçün yüksək zövqə malik qadın olmalısan…

Göz qamaşdırıcı göstərir

Hündürdaban ayaqqabı geyinməyin başlıca səbəbi qadınları möhtəşəm və seksual göstərməsidir. Donları hündürdaban ayaqqabı ilə geyinməyin xüsusi gözəlliyi var.

Kontrol və güc məndədir

Hündürdaban ayaqqabı geyinmək qadınları inanılmaz dərəcədə güclü hiss etdirir. Əgər hündürdaban ayaqqabı geyinməyə vərdiş deyilsinizsə, yanınızda başqa rahat bir ayaqqabı götürün. Güclü görünmək istəyən qadınların fikrincə, əsas şərt dikdaban ayaqqabılarda gəzməyi öyrənməkdir. Elə indi onlarda gəzməyi öyrənin!

Cazibədar göstərir

Hündürdaban ayaqqabı geyinməyin ən böyük səbəblərindən biri fotolarda daha cazibədar düşməkdir. Hər bir qadın topuqlu ayaqqabıların bu sehrindən xəbərdar olmalıdır.

Tık-tık səsləri gəlir

Hələ uşaq ikən bütün qızlar hündürdaban ayaqqabılara kədərlə baxır və onları nə vaxt daşıya biləcəyinin xəyallarını qurur. Analarının başı qarşına kimi onların dikdaban ayaqqabılarını geyinib evdə gəzir… Tık-tık səsləri qadınların ən zəif nöqtələrindən biridir.

Əhval-ruhiyyəni qaldırır

Bütün qadınlar etiraf edir ki, hündürdaban ayaqqabı geyinən zaman özlərini daha yüksək əhval-ruhiyyədə hiss edirlər. Dikdaban ayaqqabılarda özünü şahzadələr kimi hiss edir və o an dünyanın ən gözəl xanımı olduğunu düşünür. Stressi atmaq üçün hündürdaban ayaqqabılar geyinin.


Buna da baxın

Oruc tutanlar iftarı bu yeməklə başlayın – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Prof. Dr. Murad Baş mübarək Ramazan ayında mədə bağırsaq sisteminin sağlam fəaliyyəti …